SORĞU - ANKET
Online növbə
  • RURU
  • ENEN
AEM
+994 12 596 05 20
MÜRACİƏT ET
No Result
Bütün nəticələr
  • Haqqımızda
    • Haqqımızda
    • Keyfiyyət siyasəti
  • İdxal
    • Məktub nümunələri
    • Sənədlər
  • Nəzarət
    • Dərman nəzarəti haqqında
    • Qanunvericilik
  • Qeydiyyat
    • Dərman Vasitələrinin Qeydiyyat-Ekspertiza şöbəsi
    • Qanunvericilik
    • DV müraciət formaları
  • Laboratoriya
    • TƏVEKNL haqqında
  • Farmakonəzarət
    • Ümumi məlumatlar
    • Qanunvericilik
    • Tibb işçiləri üçün məlumatlar
    • Pasiyentlər üçün məlumatlar
    • Farmakonəzarət lüğəti
    • Bildiriş kartları
    • Onlayn bildirişlər
    • Vəsiqə sahiblərinin NƏZƏRİNƏ!
    • Dərmanların yeni təhlükəsizlik məlumatları
    • Xüsusi nəzarətdə olan dərman vasitələri
  • Özəl tibb
    • Qanunvericilik
    • Özəl tibb fəaliyyəti
    • Özəl tibb müəssisələri
      • Sanator-kurort
      • Ambulator
      • Stasionar
      • Stomatoloji
  • BFMQƏ
    • Xəbərdarlıq
    • BFMQƏ-nin Ekspertizası
    • BFMQƏ – təkrar ekspertiza
    • Ekspertiza sənədləri
    • Müraciət nümunəsi
    • BFMQƏ-in ekspertiza nəticələri
  • Tibb vasitələri
    • TV müraciət
    • TV sənədlər
    • Müvəqqəti idxal
    • Qanunvericilik
  • DV təqib və izləmə
    • DV təqib və izləmə şöbəsi
  • Tariflər
  • Əlaqə
AEM
No Result
Bütün nəticələr

Özəl tibb fəaliyyəti

Noyabr 23, 2022
A A

Lisenziyanın alınması

Lisenziya verən qurum

Hazırda özəl tibb fəaliyyəti üçün lisenziya Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən verilir.

Necə müraciət etməli?

Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tabeliyində olan KOB evləri, “Lisenziyalar və icazələr” portalı və “ASAN xidmət” mərkəzləri vasitəsilə İqtisadiyyat Nazirliyinə ərizələr ilə müraciət edilə bilər.

Lisenziyadan necə istifadə etməli?

Lisenziyanın sahibi lisenziyadan yalnız özü istifadə edə bilər və onu başqa şəxsə verə bilməz. Lisenziyanın qüvvəsi lisenziya sahibinin təsisçi (iştirakçı) olduğu hüquqi şəxslərə, habelə lisenziyanın sahibi ilə birgə fəaliyyət, o cümlədən onunla əməkdaşlıq barədə müqavilə əsasında fəaliyyət göstərən başqa şəxslərə şamil edilmir.

Əgər lisenziya tələb olunan fəaliyyətin həyata keçirilməsi obyektlə bağlıdırsa və sahibkara fəaliyyət ünvanına əsasən lisenziya verilmişdirsə, sahibkar həmin lisenziya ilə digər ünvanda fəaliyyət göstərə bilməz.

 

Özəl tibb fəaliyyəti sahəsində Səhiyyə Nazirliyinin rolu

  1. Lisenziyanın verilməsində

İqtisadiyyat Nazirliyi özəl tibb fəaliyyəti subyektlərinin ərizələrinə baxarkən qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəy alınması üçün Səhiyyə Nazirliyinə müraciət edir. Həmin müəssisələrin qiymətləndirilməsi və rəy verilməsi işi Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən İqtisadiyyat Nazirliyinin müvafiq nümayəndələrinin iştirakı ilə həyata keçirilir. Tərtib edilmiş rəy Səhiyyə Nazirliyi tərəfindən İqtisadiyyat Nazirliyinə təqdim edilir.

  1. Nəzarətdə

Lisenziya almış özəl tibb fəaliyyəti subyektlərinin göstərdikləri tibbi xidmətlərin keyfiyyətinə nəzarət Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilir. Bu məqsədlə müvafiq normativ sənədlərin tələblərinə uyğun olaraq, planlı və plandankənar yoxlamalar təşkil edilir.

Planlı yoxlamaların 1 il öncədən tərtib edilmiş siyahısı Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinə daxil edilir və reyestrdə həmin yoxlamalar təsdiq edildikdən sonra icra edilir.

Plandankənar yoxlamalar isə vətəndaşların şikayətləri, aidiyyəti dövlət qurumlarının müraciətləri, kütləvi informasiya vasitələrindəki qanunazidd reklam məlumatları əsasında yoxlamaların vahid məlumat reyestrinə daxil edildikdən sonra aparılır.

 

Özəl tibb fəaliyyəti subyektlərinə münasibətdə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən İnzibati xətalar məcəlləsinin hansı maddələri üzrə protokol tərtib edilə bilər

Maddə 210. Lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olma

210.1. Lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə-

fiziki şəxslər iki min manatdan üç min manatadək məbləğdə,
vəzifəli şəxslər beş min manatdan on min manatadək məbləğdə,
hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir.

 

Maddə 215. Sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulması

215.1. Tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə –

fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə,
vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə,
hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.

215.4. Qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə —

vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə,
hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.

 

Maddə 602. Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında qanunvericiliyin pozulması

602.4. Sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsinə, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməməsinə, təhrif olunmuş, yanlış məlumatın verilməsinə və ya sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə, nəqliyyat vasitələrinə, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə mane olmağa görə –

vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.

 

Cəriməni hara ödəməli?

Özəl tibb fəaliyyəti subyektlərinə İnzibati Xətalar Məcəlləsinin  yuxarıda qeyd edilən maddələri üzrə protokol yazıldıqda və son nəticədə cərimə olunması qərarı çıxarıldıqda, cərimə aşağıdakı bank rekvizitləri üzrə ödənilməlidir:

 

Bank rekvizitləri

Alan bank                       Dövlət Xəzinədarlığı Agentliyi

Kodu                               210005

VÖEN                              1401555071

Müxbir hesab №           AZ41NABZ01360100000000003944

S.W.I.F.T.                        CTREAZ22

 

Alan müştəri                  AR Səhiyyə Nazirliyi

Hesab №                        AZ55CTRE00000000002127602

VÖEN                              1400049171

 

Büdcə təsnifat kodu 143300

Büdcə səviyyə kodu 7

 

Özəl tibb fəaliyyəti ilə bağlı suallarınızı aşağıdakı əlaqə məlumatlarından istifadə etməklə Analitik Ekspertiza Mərkəzinin Tibbi nəzarət şöbəsinə yönləndirə bilərsiniz.

 

Əlaqə məlumatları:

Telefon: +99412 596 05 20

(daxili: 211, 206, 205, 204)

Mobil: +99450 246 93 70

+99450 272 80 58

E-mail: [email protected]
Web: www.pharma.az
Ünvan:  AZ1065, Bakı, Yasamal rayonu, C.Cabbarlı küçəsi 34
ShareTweetShare
AEM

© 2022 AEM - Analitik Ekspertiza Mərkəzi .

Lazımi keçidlər

  • Əlaqə
  • Haqqımızda
  • Keyfiyyət siyasəti
  • Tariflər

Bizi izlə

  • RURU
  • ENEN
No Result
Bütün nəticələr
  • Haqqımızda
    • Haqqımızda
    • Keyfiyyət siyasəti
  • İdxal
    • Məktub nümunələri
    • Sənədlər
  • Nəzarət
    • Dərman nəzarəti haqqında
    • Qanunvericilik
  • Qeydiyyat
    • Dərman Vasitələrinin Qeydiyyat-Ekspertiza şöbəsi
    • Dərman vasitələrinin ekspertizasının aparılması
    • Qanunvericilik
    • DV müraciət formaları
  • Laboratoriya
    • TƏVEKNL haqqında
  • Farmakonəzarət
    • Ümumi məlumatlar
    • Qanunvericilik
    • Tibb işçiləri üçün məlumatlar
    • Pasiyentlər üçün məlumatlar
    • Farmakonəzarət lüğəti
    • Bildiriş kartları
    • Onlayn bildirişlər
    • Vəsiqəs sahiblərinin NƏZƏRİNƏ!
    • Dərmanların yeni təhlükəsizlik məlumatları
    • Xüsusi nəzarətdə olan dərman vasitələri
  • Özəl tibb müəssisələri
    • Qanunvericilik
    • Özəl tibb fəaliyyəti
    • Özəl tibb müəssisələri
      • Sanator-kurort
      • Ambulator
      • Stasionar
      • Stomatoloji
  • BFMQƏ
    • Xəbərdarlıq
    • BMFQƏ-nin Ekspertizası
    • BFMQƏ – təkrar ekspertiza
    • Ekspertiza sənədləri
    • Müraciət nümunəsi
    • BFMQƏ-in ekspertiza nəticələri
  • Tibb vasitələri
    • TV müraciət
    • TV sənədlər
    • TV ekspertiza nəticələri
    • Qanunvericilik
  • DV TƏQİB VƏ İZLƏMƏ
    • Dərman vasitələrinin təqib və izləmə şöbəsi
  • Tariflər
  • Əlaqə

© 2022 AEM - Analitik Ekspertiza Mərkəzi .

Müyəssərlik menyusu

Ekran ölçüsü
Normal ölçü
Mətni böyüt
Disleksiya rejimi
Keçidləri seç
Şrift ölçüsü
Normal ölçü
Sola düzəlmə
Ortalama
Sağa düzəlmə
Qara kontrast
Ağ-qara
High Saturation
Mətn rənglərini dəyiş
Başlıq rənglərini dəyiş
Arxa fon rəngi
Şəkilləri gizlət
Alt xətt
Bələdçi
Vurğulayıcı
Böyük qara kursor
Böyük ağ kursor