Həkimin nəzarəti olmadan istifadə olunan ağrı kəsicilər, ağrını gizlədərək xəstəliklərin səhv diaqnoz qoyulmasına səbəb ola bilər. Bu səbəbdən xəstənin ağrıkəsici istifadə etmədən əvvəl mütləq həkimə müraciət etməsi və dərmanı yalnız həkimin resepti və əczacısının tövsiyəsi ilə istifadə etməsi vacibdir.
Həkimin pasient üçün təyin etdiyi ağrıkəsici növü və dozası, xəstənin və xəstəliyinin vəziyyətinə, eləcə də istifadə etdiyi digər dərmanlara görə dəyişir. Həkimin nəzarəti olmadan istifadə olunan ağrı kəsicilərin insana verə biləcəyi zərərlər belə sıralana bilər:
Ağrıkəsicilərin istifadəsində ən sıx görülən yan təsirlər həzm sistemi problemləridir. Bəzi ağrıkəsici dərmanlar həzm sistemində qanama, mədə xorasının inkişafı, mədə və ya bağırsaq deşilməsi kimi ciddi problemlərə yol aça bilər.