Bioloji Fəallığa Malik Qida Əlavələrinə dair tələb olunan sənədlər.
– – – 1) Müraciət məktubu
– – – 2) Ərizə
Ərizədə aşağıdakı məlumatlar olmalıdır:
- BFMQƏ-nin istehsalçısının adı, yerləşdiyi ölkə, ünvanı, əmtəə nişanı;
- BFMQƏ-nin əmtəə nişanı və seriyası;
- BFMQƏ-nin buraxılış forması;
- qablaşdırmada olan BFMQƏ-nin dozası;
- BFMQƏ-nin tərkibindəki aktiv komponentlərin və köməkçi maddələrin beynəlxalq adı və kəmiyyət tərkibi göstərilməklə siyahısı;
- BFMQƏ-nin saxlanma şəraiti və yararlılıq müddəti
– – – 3) Uyğunluq sertifikatı Certificate of conformity-Сертификат соответствия
– – – 4) GMP və ya HACCP / ISO22000:2005
– – – 5) Tərkibə aid sənəd – Composition / Ingredient list
– – – 6) Qablaşma eskizi (birincili və ikincili qablaşma)
Üzərində mütləq dərman vasitəsi deyil BFMQƏ olduğu qeyd olunsun.Pharma.az da qablaşmaya aid olan tələblər barədə məlumat var. (+ MÖHÜR)
– – – 7) Orijinal (En/RUS) və Azərbaycan dilində istifadə üzrə təlimat
Pharma.az da İstif. üzrə təlimata aid olan tələblər barədə məlumat var. (+ MÖHÜR)
– – – 8) Hazır məhsula dair Analiz sertifikatı (İnqredient və Analiz metodları ilə)
təqdim olunan seriyaya.
– – – 9) Spesifikasiya Спецификация-Specification
– – – 10) Texnoloji prosesin qısa (sxem) və geniş (mətn) təsviri – Technological/Manufacture process
– – – 11) Standartlar, texniki şərtlər, eləcə də istehsalçının BFMQƏ-nin istehsalına icazəsi barədə sənədlərin surətləri.
– – – 12) Tərkibində GMO, nanomaterial, hormon və pestisidlərin həmçinin narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları, güclü təsir edən və zəhərli maddələrin və Beynəlxalq Anti-Dopinq Agentliyinin qüvvədə olan siyahısı ilə müəyyən olunan dopinq maddələrinin olmaması haqqında təsdiqedici sənədi (zəmanət məktubu)
– – – 13) 3 ədəd nümunə mütləq Azərbaycan dilində və ya təsdiqlənmiş stiker
– – – 14) Mənşə sertifikatı (Original) Certificate of origin–Сертификат происхождения
– – – 15) BFMQƏ uşaq və hamilə qadınların istifadəsi üçün tövsiyə edildikdə, müvafiq tədqiqatların protokolları
– – – 16) İnvoys
– – – 17) Hüquqi və fiziki şəxs barədə
Ərizə və ərizəyə əlavə olunan bütün sənədlər kağız və elektron daşıyıcılarda təqdim edilir.
Sənədlər Azərbaycan, rus və ya ingilis dillərində olmadıqda, onların Azərbaycan dilinə notarial qaydada təsdiq edilmiş tərcüməsi təqdim edilməlidir.