27-28 may tarixlərində Özbəkistan Respublikasının Daşkənd şəhərində Amerika Farmakopeyasının və Özbəkistan Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə tədbir baş tutub. Tədbirdə Analitik Ekspertiza Mərkəzinin Tibb və əczaçılıq vasitələrinin ekspertizası və keyfiyyətinə nəzarət laboratoriyasının müdiri Şükürov Çingiz iştirak edib.
Keçirilən tədbir zamanı Amerika Farmakopeyasının monoqrafiyalarına əsasən dərman vasitələrinin və dərman maddələrinin tərkibində qarışıqların təyini, təyinolunma üsulları, istifadə edilən avadanlıqlar, analizlər zamanı istifadə edilən standartlar və nitrozoamin qarışıqlarına aid yeni yaradılmış platformaya aid mühazirələr dinlənilib. Səfər çərçivəsində Özbəkistan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan Əczaçılıq Sənayesi İnkişafı Agentliyinin yerləşdiyi, yeni yaradımış “Pharma Park”-a kiçik tanışlıq ekskursiyası təşkil edilib.


