ABŞ-ın Qida və dərman Agentliyi (FDA) opioid (ağrı hissini aradan qaldıran və ya zəiflədən) dərman istehsalçılarından bu dərmanların istifadə təlimatında yeni təhlükəsizlik xəbərdarlıqları əlavə etmələrini tələb edəcəyini bildirib.
FDA, opioid dərmanlarını əməliyyatdan sonra ağrı kəsici kimi qəbul edən xəstələrdə tez-tez əlavə həblərin qaldığına dair məlumatlara istinad edərək bildirir ki, bu onları asılılıq halına salmaq və hətta həddindən artıq doza almaq kimi riskləri çoxalda bilər.
Bu dərmanlar üçün yenilənmiş təhlükəsizlik xəbərdarlıqlarında hansı xəstələrə opioid ağrıkəsici dərmanların təyin edilməsi, həmçinin müvafiq doza və necə yeridilməsi, artıq qalan həblərlə necə davranmaları haqqında məlumat əks olunmalıdır.
Həmçinin, yeni qablaşma üzərində, doza artdıqca həddindən artıq yüksək dozalanma riskinin və xəstənin ağrıları azalarsa, opioidlərin uzun müddət istifadə edilməməsi barədə xəbərdarlıq edilməlidir.
Becker’s Hopsital Review yazır ki, FDA-nın bu addımı agentliyin ölkədə opioid böhranı ilə mübarizə və bu cür dərmanlardan asılılığın qarşısının alınması ilə bağlı ictimaiyyəti maarifləndirmə proqramının bir hissəsidir.

