Qanunvericilik:
- Dərman vasitələri haqqında 22 dekabr 2006-cı il tarixli 208-IIIQ nömrəli AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
- Əhalinin sağlamlığının qorunması haqqında AZƏRBAYCAN RESPUBLIKASININ QANUNU
- Güclü təsir edən maddələr və onların külli və xüsusilə külli miqdarlarının, habelə zəhərli maddələrin siyahılarının təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
- Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların Siyahıları
- Dərman vasitələrinin ekspertizasının, o cümlədən sadələşdirilmiş ekspertizasının aparılması Qaydası
- Dərman vasitələrinin, dərman maddələrinin və tibb vasitələrinin dövlət qeydiyyatına alınması, dövlət reyestrinə daxil edilməsi və dövlət reyestrinin aparılması Qaydaları
- Narkotik vasitələrin, psixotrop maddələrin saxlanılması, alınması, satılması, əldə edilməsi, bölüşdürülməsi, buraxılması, daşınması, göndərilməsi, onlardan istifadə edilməsi, habelə narkotik vasitələrin, psixotrop maddələrin dövriyyəsinə dair sənədlərin tərtib edilməsi, saxlanılması və onların dövriyyəsi ilə əlaqədar qanunvericiliklə nəzərdə tutulmuş digər əməliyyatların həyata keçirilməsi Qaydası
- Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası Qaydası
- Tibbi tullantıların idarə olunmasına dair Tələblər
- AZƏRBAYCAN RESPUBLİKASI SƏHİYYƏ NAZİRLİYİNİN KOLLEGİYASI. QƏRAR № 01
-
Reseptsiz buraxılan dərman vasitələrinin siyahısı
Həyati vacib və təcili hallarda istifadə olunan dərman preparatlarının siyahısı
| № | Beynəlxalq patentləşdirilməmiş adı | Dərman vasitəsinin buraxılış forması |
|---|---|---|
| 1 | Abakavir | tablet, peroral məhlul |
| 2 | Adelfan (Reserpin/Dihidralazin/Hidroxlorotiazid) | tablet |
| 3 | Adenozin 5-trifosfat turşusunun dinatrium duzu | inyeksiya üçün məhlul |
| 4 | Aktivləşdirilmiş kömür* | tablet |
| 5 | Albendazol | daxilə qəbul edilən suspenziya, tablet |
| 6 | Albumin | infuziya üçün məhlul |
| 7 | Alfa lipoy turşusu | inyeskiya və infuziya üçün məhlul , tablet |
| 8 | Alfa-tokoferol* | daxilə qəbul edilən yağlı məhlul, inyeksiya üçün məhlul |
| 9 | Allopurinol | tablet |
| 10 | Alprazolam | tablet |
| 11 | Alüminium-hidroksid/Maqnezium-hidroksid* | daxilə qəbul edilən suspenziya, tablet |
| 12 | Ambroksol hidroxlorid* | inhalyasiya üçün məhlul, daxilə qəbul edilən məhlul, şərbət, tablet |
| 13 | Amikasin | inyeksiya üçün məhlul, inyeksiya məhlulu hazırlamaq üçün toz |
| 14 | Aminofillin* | inyeksiya üçün məhlul, tablet |
| 15 | Aminokapron turşusu* | infuziya üçün məhlul |
| 16 | Amiodaron* | tabletlər,’inyeksiya ücün məhlul |
| 17 | Amitriptillin | tabletlər, inyeksiya üçün məhlul |
| 18 | Amlodipin bezilat* | tabletlər, kapsul |
| 19 | Amoksisillin* | suspenziya üçün qranullar, kapsul, tablet, inyeksiya məhlulu üçün toz |
| 20 | Amoksisillin/Klavulan turşusu | inyeksiya məhlulu, daxilə qəbul edilən suspenziyanın hazırlanması üçün toz, tablet |
| 21 | Ampisillin natrium* | inyeksiya məhlulunun hazırlamaq üçün toz |
| 22 | Ampisillin trihidrat* | tablet |
| 23 | Ampisillin/Sulbaktam | inyeksiya məhlulunu hazırlamaq üçün toz, tablet |
| 24 | Aprotinin | inyeksiya məhlulu |
| 25 | Asetaminofen* | tablet, daxilə qəbul edilən syspenziya, rektal şam |
| 26 | Asetazolamid | göz damcısı, tablet |
| 27 | Asetilsalisil turşusu* | tablet |
| 28 | Asetilsistein* | tablet, qranul, inyeksiya üçün məhlul |
| 29 | Asiklovir * | məlhəm,krem, tablet, infuiziya məhlulunun hazırlanması üçün toz |
| 30 | Askorbin turşusu* | draje, tablet, inyeksiya üçün məhlul, infuziya üçün məhlul, daxilə qəbul edilən damcılar |
| 31 | Atenolol* | tablet |
| 32 | Atorvastatin | tablet |
| 33 | Atropin sulfat* | göz damcısı, inyeksiya ücün məhlul |
| 34 | Azapentasen | göz damcısı |
| 35 | Azatioprin | inyeksiya ücün toz, tablet |
| 36 | Azitromisin | kapsul, tablet, daxilə qəbul edilən suspenziya hazırlamaq üçün toz, infuziya məhlulu |
| 37 | Barium- sulfat | toz |
| 38 | Beklametazon | məlhəm |
| 39 | Bendazol* | inyeksiya ücün məhlul, tablet |
| 40 | Benzatin benzilpenisillin | inyeksiya üçün suspenziyanın hazırlanması üçün toz |
| 41 | Benzil benzoat* | məlhəm, emulsiya |
| 42 | Benzilpenisillin natrium* | inyeksiya məhlulu hazırlamaq üçün toz |
| 43 | Benzobarbital | tablet |
| 44 | Betametazon dipropionat* | məlhəm, krem, inyeksiya üçün məhlul |
| 45 | Bisakodil* | rektal şam, tablet |
| 46 | Bisoprolol | tablet |
| 47 | Bleomisin | inyeksiya ücün toz |
| 48 | Brilyant yaşılı* | yerli istifadə üçün məhlul |
| 49 | Bromheksin* | daxilə qəbul edilən məhlul, tablet, şərbət |
| 50 | Deferoksamin | inyeksiya məhlulu üçün toz |
| 51 | Deksametazon* | göz/qulaq damcısı, məlhəmi, tablet, inyeksiya üçün məhlul |
| 52 | Dəmir duzları* | daxilə təyin edilən formalar , inyeksiya üçün məhlul |
| 53 | Desmopressin asetat | tablet, burun spreyi |
| 54 | Diazepam | inyeksiya üçün məhlul , tablet |
| 55 | Dibazol/Papaverin hidroxlorid* | tablet |
| 56 | Didanozin | tablet, peroral məhlulul ücün toz |
| 57 | Difenhidramin* | inyeksiya ücün məhlul, tablet, şərbət, gel |
| 58 | Diklofenak natrium* | inyeksiya üçün məhlul, ‘rektal şam , tablet, gel |
| 59 | Dinoprost | inyeksiya üçün məhlul |
| 60 | Diqoksin | tablet |
| 61 | Dobutamin | infuziya məhlulu |
| 62 | Dofamin | infuziya məhlulu |
| 63 | Doksorubisin | inyeksiya məhlulu hazırlamaq ücün toz |
| 64 | Domperidon* | suspenziya, tablet |
| 65 | Dorzolamid | göz damcısı |
| 66 | Droperidol | inyeksiya üçün məhlul |
| 67 | Drotaverin* | inyeksiya ücün məhlul , tablet, rektal şam |
| 68 | Efaviren | kapsul, peroral məhlul |
| 69 | Emtrisitabin | kapsul, peroral məhlul |
| 70 | Enalapril* | tablet |
| 71 | Epinefrin* | inyeksiya üçün məhlul |
| 72 | Eritromisin | örtüklü tablet, göz məlhəmi |
| 73 | Erqokalsiferol* | daxilə qəbul edilən yağlı məhlul, inyeksiya üçün məhlul |
| 74 | Etambutol | inyeksiya üçün məhlul, tablet |
| 75 | Etamzilat* | inyeksiya üçün məhlul, tablet |
| 76 | Etanol 95%* | xaricə istifadə olunan məhlul |
| 77 | Etinilestradiol | tablet |
| 78 | Etionamid | tablet |
| 79 | Etopozid | inyeksiya ücün məhlul, tablet |
| 80 | Famotidin* | inyeksiya üçün liofilizəedilmiş toz, tablet |
| 81 | Fenitoin | tablet |
| 82 | Fenoterol | inhalyasiya |
| 83 | Flukonazol* | infuziya üçün məhlul, kapsul |
| 84 | Furagin* | kapsul |
| 85 | Furasilin* | məlhəm, məhlul |
| 86 | Furazidin | tablet |
| 87 | Furazolidon* | tablet |
| 88 | Furosemid* | tablet,inyeksiya üçün məhlul |
| 89 | Gənəgərçək yağı | xaricə istifadə olunan yağlı məhlul |
| 90 | Gentamisin | inyeksiya üçün məhlul |
| 91 | Haloperidol | inyeksiya üçün məhlul, tablet |
| 92 | Halotan | inhalyasiya |
| 93 | Heparin natrium* | inyeksiya üçün məhlul, xaricə istifadə olunan gel |
| 94 | Hidrogen-peroksid* | xaricə istifadə edilən məhlul |
| 95 | Hidrokortizon* | emulsiya, məlhəm |
| 96 | Hidroxlortiazid | tablet |
| 97 | İbuprofen* | infuziya üçün məhlul, krem,daxilə qəbul edilən suspenziya, şərbət, tablet, kapsul, gel, şam |
| 98 | İndinavir | kapsul |
| 99 | İndometasin | tablet, məlhəm |
| 100 | İnozin | inyeksiya üçün məhlul, tablet |
| 101 | Ortamüddətli təsirə malik insan insulini* | inyeksiya üçün məhlul |
| 102 | Qısamüddətli təsirə malik insan insulini* | inyeksiya üçün məhlul |
| 103 | Uzunmüddətli təsirə malik insan insulini* | inyeksiya üçün məhlul |
| 104 | İnsulin aspart | inyeksiya üçün məhlul katricdə |
| 105 | Insulin aspart biphasyc | inyeksiya üçün məhlul katricdə |
| 106 | İnsulin detemir | inyeksiya üçün məhlul katricdə |
| 107 | İnsulin qlargin | inyeksiya üçün məhlul katricdə |
| 108 | İnyeksiya üçün su* | inyeksiya üçün məhlul |
| 109 | İopromid | inyeksiya üçün məhlul |
| 110 | İxtiol | məlhəm |
| 111 | İzoniazid | inyeksiya üçün məhlul, tablet |
| 112 | İzosorbid dinitrat | tablet |
| 113 | Quduzluq əleyhinə immunoqlobulin | inyeksiya ücün məhlul |
| 114 | Tetanus əleyhinə immunoqlobulin | inyeksiya ücün məhlul |
| 115 | Kalium -maqnezium asparaginat | tablet, inyeksiya üçün məhlul |
| 116 | Kalium- xlorid | inyeksiya üçün məhlul |
| 117 | Kalsium -folinat | inyeksiya ücün məhlul, tablet |
| 118 | Kalsium- qlukonat* | inyeksiya üçün məhlul, tablet |
| 119 | Kalsium- xlorid | inyeksiya üçün məhlul |
| 120 | Kamfora məhlulu* | xaricə istifadə olunan yağlı və spirtli məhlul |
| 121 | Kapreomisin | inyeksiya məhlulu hazırlanması üçün toz |
| 122 | Kaptopril* | tablet |
| 123 | Karbamazepin | tablet |
| 124 | Ketamin hidroxlorid | inyeksiya üçün məhlul |
| 125 | Ketokonazol | vaginal şam, krem |
| 126 | Ketoprofen * | xaricə istifadə üçün gel, kapsul, rektal şam, inyeksiya üçün məhlul , krem |
| 127 | Ketorolak | inyeksiya üçün məhlul, tablet |
| 128 | Ketotifen* | şərbət , tablet , göz damcısı |
| 129 | Klozapin | tablet |
| 130 | Klopidoqrel | tablet |
| 131 | Klotrimazol* | vaginal tablet, şam, məlhəm, krem, xaricə məhlul |
| 132 | Kofein natrium benzoat* | inyeksiya üçün məhlul, tablet |
| 133 | Kokarboksilaza* | inyeksiya məhlulunun hazırlanması üçün toz |
| 134 | Korqlikon* | inyeksiya üçün məhlul |
| 135 | Korvalol* | məhlul |
| 136 | Kseroform* | yerli istifadə üçün toz |
| 137 | Lamivudin | tablet, peroral məhlul |
| 138 | IX laxtalanma faktoru | infuziya və ya inyeksiya məhlulu hazırlamaq üçün toz |
| 139 | VIII laxtalanma faktoru/Villebrand faktoru | inyeksiya məhlulu üçün toz |
| 140 | VIII laxtalanma faktoru | inyeksiya məhlulu hazırlamaq üçün toz |
| 141 | Levodopa+karbidopa | tablet |
| 142 | Levotiroksin | tablet |
| 143 | Lidokain hidroxlorid* | inyeksiya üçün məhlul |
| 144 | Linkomisin hidroxlorid | inyeksiya üçün məhlul |
| 145 | Litium-karbonat | tablet |
| 146 | Loperamid* | kapsul, tablet |
| 147 | Lopinavir +ritonavir | kapsul, peroral məhlul |
| 148 | Lozartan | tablet |
| 149 | Mannit | inyeksiya üçün məhlul |
| 150 | Mebendazol* | tablet |
| 151 | Merkaptopurin | tablet |
| 152 | Metadon | tablet |
| 153 | Metamizol natrium* | inyeksiya üçün məhlul, tablet |
| 154 | Metformin hidroxlorid* | tablet |
| 155 | Metilergometrin | inyeksiya üçün məhlul |
| 156 | Metilprednizolon | inyeksiya/infuziya məhlulunun hazırlanması üçün toz , tablet, məlhəm, emulsiya , krem |
| 157 | Metoklopramid* | inyeksiya üçün məhlul , tablet |
| 158 | Metoprolol* | tablet |
| 159 | Metotreksat | inyeksiya ücün toz, tablet |
| 160 | Metronidazol* | tablet, infuziya üçün məhlul, vaginal şam, gel, kapsul |
| 161 | Morfin | inyeksiya üçün məhlul |
| 162 | Nadroparin natrium | inyeksiya üçün məhlul |
| 163 | Nalokson | inyeksiya üçün məhlul |
| 164 | Nandrolon dekanoat | inyeksiya üçün məhlul |
| 165 | Naşatır spirti* | məhlul |
| 166 | Natrium-bikarbonat* | inyeksiya üçün məhlul |
| 167 | Natrium-asetat/Natrium-xlorid/kalium-xlorid/(asesol) | inyeksiya üçün məhlul |
| 168 | Natrium-xlorid* | infuziya və inyeksiya üçün məhlul |
| 169 | Natrium-xlorid/Natrium- asetat (disol) | inyeksiya üçün məhlul |
| 170 | Natrium-xlorid/kalium-xlorid/Natrium-hidrokarbonat (trisol) | inyeksiya üçün məhlul |
| 171 | Natrium oksibutirat | inyeksiya üçün məhlul |
| 172 | Natrium tiosulfat* | inyeksiya üçün məhlul |
| 173 | Nelfinavir | tablet, peroral toz |
| 174 | Neostiqmin metilsulfat | inyeksiya üçün məhlul |
| 175 | Nevirapin | tablet, peroral məhlul |
| 176 | Nifedipin* | tablet, peroral damcı |
| 177 | Niketamid* | daxilə qəbul edilən damcı, inyeksiya üçün məhlul |
| 178 | Nikotin turşusu* | inyeksiya ücün məhlul |
| 179 | Niserqolin | inyeksiya üçün liofilizat, tablet |
| 180 | Nistatin* | tablet, məlhəm, krem |
| 181 | Nitrofurantoin | tablet |
| 182 | Nitroqliserin* | infuziya üçün konsentrant ,kapsul,spray |
| 183 | Nitroksolin* | tablet |
| 184 | Noretisteron | tablet |
| 185 | Ofloksasin | tablet, məlhəm, infuziya üçün məhlul |
| 186 | Oksigen | inhalyasiya |
| 187 | Oksitosin* | inyeksiya üçün məhlul |
| 188 | Omeprazol* | kapsul |
| 189 | Pankreatin* | tablet |
| 190 | Papaverin hidroxlorid* | inyeksiya üçün məhlul, rektal şam |
| 191 | Para-aminosalisil turşusu | tablet |
| 192 | Parasetamol* | tablet, infuziya üçün məhlul |
| 193 | Perisiazin | kapsul |
| 194 | Fenilefrin hidroxlorid | inyeksiya üçün məhlul |
| 195 | Pilokarpin hidroxlorid* | göz damcısı |
| 196 | Pipekuronium bromid | inyeksiya üçün liofilizəedilmiş toz |
| 197 | Pirasetam | inyeksiya üçün məhlul, tablet |
| 198 | Piridoksin hidroxlorid* | inyeksiya ücün məhlu |
| 199 | Platifillin hidrotartrat* | inyeksiya üçün məhlul |
| 200 | Poliqlukin (dekstran) | infuziya üçün məhlul |
| 201 | Polividon yod * | məhlul |
| 202 | Prednizolon* | məlhəm, tablet, ‘inyeksiya üçün məhlul |
| 203 | Primaxin | tablet |
| 204 | Prokain* | infuziya üçün məhlul, ‘inyeksiya üçün məhlul |
| 205 | Progesteron | oral və vaginal kapsullar, gel, ‘inyeksiya üçün yağlı məhlul |
| 206 | Prokarbazin | kapsul |
| 207 | Proparakain | göz damcısı |
| 208 | Propofol | infuziya üçün məhlul |
| 209 | Pirazinamid | tablet |
| 210 | Piridostiqmin bromid | tablet |
| 211 | Qalantamin hidrobromid | inyeksiya üçün məhlul, tablet |
| 212 | Qlibenklamid | tablet |
| 213 | Qliklazid* | tablet |
| 214 | Qlikvidon* | tablet |
| 215 | Qlimepirid* | tablet |
| 216 | Qlipizid | tablet |
| 217 | Qlukoza* | məhlul |
| 218 | Ranitidin | tablet |
| 219 | Rehidron (susuz qlükoza/natrium -xlorid/natrium-sitrat/kalium-xlorid)* | daxilə qəbul edilən məhlulun hazırlanması üçün toz |
| 220 | Reopoliqlukin | infuziya üçün məhlul |
| 221 | Retinol asetat* | daxilə və xaricə qəbul edilən yağlı məhlul, ‘inyeksiya üçün məhlul |
| 222 | Rifampisin | inyeksiya məhlulu hazırlamaq üçün liofilizə olunmuş toz, kapsullar |
| 223 | Ringer laktat | infuziya üçün məhlul |
| 224 | Rituksimab | infuziya məhlulu hazırlamaq üçün konsentrat |
| 225 | Risperidon | tablet |
| 226 | Sakvinavir | kapsul |
| 227 | Salbutamol* | inhalyasiya |
| 228 | Salmeterol/Flutikazon propionat | inhalyasiya |
| 229 | Sefazolin natrium | inyeksiya məhlulunun hazırlanması üçün toz |
| 230 | Seftriakson * | inyeksiya məhlulu hazırlamaq üçün toz |
| 231 | Sefuroksim | suspenziya, tablet, inyeksiya hazırlamaq üçün toz |
| 232 | Səna yarpaqlarının ekstraktı | tablet |
| 233 | Sertralin | kapsul, tablet |
| 234 | Setirizin | daxilə qəbul edilən məhlul, tablet, şərbət, kapsul |
| 235 | Sianokobalamin | inyeksiya üçün məhlul |
| 236 | Siklofosfamid | inyeksiya məhlulu hazırlamaq ücün toz, tablet |
| 237 | Sikloserin | kapsul, tablet |
| 238 | Siklosporin | inyeksiya məhlulu hazırlamaq ücün konsentrat, kapsul |
| 239 | Silimarin | kapsul, tablet |
| 240 | Simetikon * | kapsul, daxilə qəbul edilən məhlulu |
| 241 | Simvastatin | tablet |
| 242 | Sinnarizin* | tablet |
| 243 | Siprofloksasin hidroxlorid | infuziya üçün məhlul, tablet, göz və qulaq damcısı |
| 244 | Damotu ekstraktı * | daxilə qəbul edilən damcı |
| 245 | Sisplatin | inyeksiya məhlulu hazırlamaq ücün toz |
| 246 | Sitarabin | inyeksiya məhlulu hazırlamaq ücün toz |
| 247 | Spironolakton* | tablet |
| 248 | Stavudin | peroral məhlul hazırlamaq ücün toz, kapsul |
| 249 | Streptokinaza | inyeksiya məhlulunun hazırlanması üçün toz |
| 250 | Streptomisin | inyeksiya məhlulu hazırlamaq üçün toz |
| 251 | Strofantin* | inyeksiya üçün məhlul |
| 252 | Sulfasil natrium * | göz damcısı |
| 253 | Sulfadimetoksin | tablet |
| 254 | Sulfokamfokain | inyeksiya üçün məhlul |
| 255 | Sulfametoksazol/ trimetoprim | daxilə qəbul edilən suspenziya, tablet |
| 256 | Sulfazalazin | tablet |
| 257 | Tenofovir | kapsul |
| 258 | Testosteron | inyeksiya üçün məhlul |
| 259 | Tetrasiklin * | məlhəm, tablet |
| 260 | Teofillin | kapsul |
| 261 | Tiamazol | tablet |
| 262 | Trastuzimab | infuziya məhlulu hazırlamaq üçün liofilizə olunmuş toz |
| 263 | Tiamin xlorid * | inyeksiya üçün məhlul |
| 264 | Timolol | göz damcısı |
| 265 | Tiopental natrium | inyeksiya məhlulu hazırlamaq üçün toz |
| 266 | Tramadol | inyeksiya üçün məhlul, kapsul |
| 267 | Trimeperidin | inyeksiya üçün məhlul |
| 268 | Trimetazidin | tablet, daxilə qəbul üçün məhlul |
| 269 | Tropikamid | göz damcısı |
| 270 | Tuberkulin | inyeksiya üçün məhlul |
| 271 | Göyöskürmək əleyhinə vaksin | |
| 272 | Pnevmokokk əleyhinə vaksin | |
| 273 | Poliomielit əleyhinə vaksin | |
| 274 | Qrip əleyhinə vaksin | |
| 275 | Qızılça əleyhinə vaksin | |
| 276 | Sarı qızdırma əleyhinə vaksin | |
| 277 | Tetanus əleyhinə vaksin | |
| 278 | Vərəm əleyhinə vaksin | |
| 279 | Qarayara əleyhinə vaksin | |
| 280 | Difteriya əleyhinə vaksin | |
| 281 | Parotit əleyhinə vaksin | |
| 282 | Məxmərək əleyhinə vaksin | |
| 283 | Hepatit B əleyhinə vaksin | |
| 284 | Valerian ekstraktı* | tablet , kapsul |
| 285 | Validol * | kapsul |
| 286 | Valproat natrium | şərbət, kapsul, tablet |
| 287 | Varfarin | tablet |
| 288 | Verapamil | inyeksiya üçün məhlul , tablet |
| 289 | Vinblastin | infuziya ücün liofilizə edilmiş toz |
| 290 | Vinkamin | kapsul |
| 291 | Vinposetin* | inyeksiya üçün məhlul, tablet, ‘infuziya məhlulu hazırlamaq üçün konsentrant |
| 292 | Xloramfenikol* | liniment, məlhəm, tablet,göz damcısı ,inyeksiya məhlulun hazırlanması üçün toz |
| 293 | Xlorheksidin* | yerli və xaricə istifadə olunan məhlul, vaginal şam |
| 294 | Xloropiramin* | inyeksiya məhlulu, tablet, krem, məlhəm |
| 295 | Xloroxin | tablet |
| 296 | Xlorpromazin | tablet, inyeksiya üçün məhlul |
| 297 | Xolekalsiferol | daxilə qəbul edilən damcılar |
| 298 | Ksilometazolin hidroxlorid* | burun damcısı, sprey |
| 299 | Yod* | xaricə istifadə olunan |
| 300 | Botulizməleyhinə zərdab | inyeksiya məhlulu hazırlamaq üçün liofilizə edilmiş toz |
| 301 | Difteriya əleyhinə zərdab | inyeksiya ücün məhlul |
| 302 | İlan zəhəri əleyhinə zərdəb | inyeksiya ücün məhlul |
| 303 | Qanqrena əleyhinə zərdəb | inyeksiya ücün məhlul |
| 304 | Zidovudin | tablet, kapsul, peroral məhlul, infuziya məhlulu |
| 305 | Zolmitriptan | tablet |
-
Nadir hallarda rast gəlinən və spesifik müalicə tələb edən xəstəliklərin müalicəsi üçün nəzərdə tutulan dərman vasitələrinin siyahısı
Əczaçılıq və dərman vasitələrinin dövriyyəsi ilə bağlı İnzibati Xətalar Məcəlləsinin Maddələri
Maddə 210. Lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olma
210.1. Lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə-
fiziki şəxslər iki min manatdan üç min manatadək məbləğdə, vəzifəli şəxslər beş min manatdan on min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir.
Maddə 221. Dərman vasitələri haqqında qanunvericiliyin pozulması
221.1. Bilə-bilə keyfiyyətsiz, normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, yararlılıq müddəti bitmiş, “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməmiş dərman vasitələrinin satışı, satış məqsədi ilə saxlanması və ya idxalı, habelə saxta dərman vasitələrinin istehsalı, satışı, satış məqsədi ilə saxlanması və ya idxalı, bu əməllər az miqdarda törədildikdə –
inzibati xətanın bilavasitə obyekti olan dərman vasitələri müsadirə edilməklə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir.
221.4. Bu Məcəllənin 221.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə –
inzibati xətanın bilavasitə obyekti olan dərman vasitələri müsadirə edilməklə vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər yeddi min manatdan doqquz min manatadək məbləğdə cərimə edilir.
221.9. Bioloji fəallığa malik qida əlavələrinin həkim reseptinə yazılmasına görə –
vəzifəli şəxslər əlli manatdan yüz manatadək məbləğdə, hüquqi şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə cərimə edilir.
221.10. Dərman vasitələrinin istehsalına, daşınmasına və saxlanmasına, eləcə də topdan satışına dair tələblərin pozulmasına görə –
vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir.
221.11. Bu Məcəllənin 221.10-cu maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə –
vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.
Qeyd: Bu Məcəllənin 221.1-ci maddəsində “az miqdar” dedikdə, min manatadək olan məbləğ başa düşülür
Maddə 413. Nəzarət markalarının qəsdən məhv edilməsi, saxtalaşdırılması, qeyri-qanuni yolla hazırlanması, istifadəsi və satışı
Nəzarət markalarının qəsdən məhv edilməsinə, saxtalaşdırılmasına, qeyri-qanuni yolla hazırlanmasına, istifadəsinə və satışına görə-
Azərbaycan Respublikasının “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında”, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Dərman vasitələri haqqında” və “Dini etiqad azadlığı haqqında” qanunlarının tələblərinin pozulması ilə hazırlanan (istehsal edilən), istifadə edilən və ya satılan nəzarət markaları, habelə onların hazırlanmasında (istehsal edilməsində) və yayılmasında istifadə olunan materiallar, avadanlıqlar və hüquqpozmaya səbəb olan digər vasitələr müsadirə edilməklə, inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə edilir.
Maddə 428. Reklam haqqında qanunvericiliyin pozulması
428.4. Həkim resepti əsasında buraxılan dərman vasitələrinin, istehsalına və ya satışına icazə verilməyən tibb vasitələrinin, yaxud tətbiqinə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icazə verilməyən müalicə, profilaktika, diaqnostika və reabilitasiya metodlarının, habelə bioloji fəallığa malik qida əlavələrinin dərman vasitəsi olmadığı, həkim resepti olmadan buraxılan dərman vasitələrinin qəbulunun və tibbi texnikadan istifadənin əlavə təsirlə müşayiət olunması, həkimlə yaxud mütəxəssislə məsləhətləşmənin zəruriliyi barədə məlumat verilmədən reklam edilməsinə görə-vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan iki min manatadək məbləğdə cərimə edilir.
Maddə 451. Nəzarət markası ilə markalanmalı olan malların, məmulatların və məlumat materiallarının belə nəzarət markası olmadan satış və ya yayılma məqsədi ilə saxlanması, istehsal binasının hüdudlarından kənara çıxarılması, satılması və ya digər üsullarla yayılması
Nəzarət markası ilə markalanmalı olan malların, məmulatların və məlumat materiallarının belə nəzarət markası olmadan satış və ya yayılma məqsədi ilə saxlanmasına, istehsal binasının hüdudlarından kənara çıxarılmasına, satılmasına və ya digər üsullarla yayılmasına görə –
nəzarət markası olmayan mallar, məmulatlar və məlumat materialları müsadirə edilməklə, onların hər birinə görə fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər yüz əlli manat məbləğində cərimə edilir.
Qeyd: Bu maddədə nəzərdə tutulmuş inzibati xəta haqqında işə baxılarkən nəzarət markası olmayan malların, məmulatların və məlumat materiallarının hər birinə görə hesablanaraq tətbiq edilən inzibati cərimənin ümumi məbləği bu Məcəllənin 25.4-cü maddəsində nəzərdə tutulmuş məbləğdən artıq ola bilməz.
Maddə 452. Fiziki şəxslərə dərman vasitələrinin buraxılması qaydalarının və aptek təşkilatlarına dair tələblərin pozulması
452.1. Apteklərdə resept təqdim edilməklə buraxılmalı olan dərman vasitələrinin reseptsiz buraxılmasına və ya yetkinlik yaşına çatmayanlara dərman vasitələrinin buraxılması qaydalarının pozulmasına görə –
yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə cərimə edilir.
452.2. Aptek təşkilatlarında dərman vasitələri, optik ləvazimatları, ətriyyat-kosmetika, uşaq yeməkləri, müalicəvi mineral sular, bioloji fəallığa malik qida əlavələri və şəxsi sanitariya-gigiyena malları istisna olmaqla, digər malların satılmasına görə –
üç yüz əlli manat məbləğində cərimə edilir.
452.3. Aptek təşkilatlarına dair tələblərin pozulmasına görə –
vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan iki min manatadək məbləğdə cərimə edilir.
452.4. Bu Məcəllənin 452.3-cü maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə –
vəzifəli şəxslər min beş yüz manatdan iki min beє yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir.”

