SORĞU - ANKET
Online növbə
  • RURU
  • ENEN
AEM
+994 12 596 05 20
MÜRACİƏT ET
No Result
Bütün nəticələr
  • Haqqımızda
    • Haqqımızda
    • Keyfiyyət siyasəti
  • İdxal
    • Məktub nümunələri
    • Sənədlər
  • Nəzarət
    • Dərman nəzarəti haqqında
    • Qanunvericilik
  • Qeydiyyat
    • Dərman Vasitələrinin Qeydiyyat-Ekspertiza şöbəsi
    • Qanunvericilik
    • DV müraciət formaları
  • Laboratoriya
    • TƏVEKNL haqqında
  • Farmakonəzarət
    • Ümumi məlumatlar
    • Qanunvericilik
    • Tibb işçiləri üçün məlumatlar
    • Pasiyentlər üçün məlumatlar
    • Farmakonəzarət lüğəti
    • Bildiriş kartları
    • Onlayn bildirişlər
    • Vəsiqə sahiblərinin NƏZƏRİNƏ!
    • Dərmanların yeni təhlükəsizlik məlumatları
    • Xüsusi nəzarətdə olan dərman vasitələri
  • Özəl tibb
    • Qanunvericilik
    • Özəl tibb fəaliyyəti
    • Özəl tibb müəssisələri
      • Sanator-kurort
      • Ambulator
      • Stasionar
      • Stomatoloji
  • BAQM
    • Xəbərdarlıq
    • BAQM-in Ekspertizası
    • BAQM – təkrar ekspertiza
    • Ekspertiza sənədləri
    • Müraciət nümunəsi
    • BAQM-in ekspertiza nəticələri
  • Tibb vasitələri
    • TV müraciət
    • TV sənədlər
    • Müvəqqəti idxal
    • Qanunvericilik
  • DV təqib və izləmə
    • DV təqib və izləmə şöbəsi
  • Tariflər
  • Əlaqə
AEM
No Result
Bütün nəticələr

Aptek təşkilatlarının nəzdində oftalmoloji müayinələrin aparılmasına dair qanunvericiliyin tələbləri barədə

Noyabr 23, 2026
A A

Aptek təşkilatlarının nəzdində fəaliyyət göstərən optika şöbələrinin fəaliyyəti müvafiq normativ hüquqi aktlarla tənzimlənir. Aptek təşkilatlarının rəhbərləri və sahibkarlıq subyektləri həmin fəaliyyətin qanunvericiliyin tələblərinə uyğun təşkilini və bu tələblərə ciddi riayət olunmasını təmin etməlidirlər.

Aptek təşkilatlarında optik məhsulların satışı ilə yanaşı, həkim-oftalmoloq tərəfindən tibbi xarakterli oftalmoloji müayinələrin aparılması özəl tibb fəaliyyəti çərçivəsində qiymətləndirilir və müvafiq lisenziya tələblərinə tabedir. Belə müayinələr yalnız qanunvericiliklə müəyyən edilmiş lisenziyalaşdırma, maddi-texniki və təşkilati tələblər yerinə yetirildikdə həyata keçirilə bilər. Müayinələrin aparıldığı yer də tətbiq olunan normativ tələblərə uyğun olmalıdır.

Müvafiq lisenziya olmadan və qanunvericiliklə müəyyən edilmiş zəruri şərtlər təmin edilmədən aptek təşkilatlarında lisenziyalaşdırılmalı olan oftalmoloji müayinələrin aparılması qəti yolverilməzdir. Həkim-oftalmoloqun aptekdə çalışması və ya müayinə xidmətinin hər hansı formada təşkil edilməsi qanunvericilikdə nəzərdə tutulmuş lisenziyalaşdırma tələblərini aradan qaldırmır.

Bununla əlaqədar aptek təşkilatlarının rəhbərlərinə, sahibkarlıq subyektlərinə və aidiyyəti şəxslərə ciddi xəbərdarlıq edilir ki, oftalmoloji müayinələrin təşkili və həyata keçirilməsi zamanı qanunvericiliyin bütün tətbiq olunan tələblərinə riayət edilməsi təmin olunmalıdır. Müvafiq lisenziya və tələb olunan şərait olmadan belə tibbi xidmətlərin göstərilməsinə yol verilməməlidir.

Xəbərdarlıq edirik ki, aptek təşkilatlarında müvafiq lisenziya olmadan özəl tibb fəaliyyətinin həyata keçirilməsi və ya digər məcburi tələblərin pozulması halları aşkar edildikdə həmin faktlar qanunvericiliyə uyğun qaydada araşdırılacaq, pozuntuya yol vermiş şəxslər və sahibkarlıq subyektləri barəsində səlahiyyətlər daxilində qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görüləcəkdir.

Bir daha diqqətə çatdırırıq ki, qanunvericiliyin tələblərinə riayət olunması məcburidir. Vətəndaşların sağlamlığının və təhlükəsizliyinin qorunması, eləcə də göstərilən xidmətlərin qanunauyğun təşkili üçün aptek təşkilatlarının rəhbərləri və aidiyyəti sahibkarlıq subyektləri üzərlərinə düşən öhdəlikləri tam və vaxtında yerinə yetirməlidirlər.

ShareTweetShare
AEM

© 2022 AEM - Analitik Ekspertiza Mərkəzi .

Lazımi keçidlər

  • Əlaqə
  • Haqqımızda
  • Keyfiyyət siyasəti
  • Tariflər

Bizi izlə

  • RURU
  • ENEN
No Result
Bütün nəticələr
  • Haqqımızda
    • Haqqımızda
    • Keyfiyyət siyasəti
  • İdxal
    • Məktub nümunələri
    • Sənədlər
  • Nəzarət
    • Dərman nəzarəti haqqında
    • Qanunvericilik
  • Qeydiyyat
    • Dərman Vasitələrinin Qeydiyyat-Ekspertiza şöbəsi
    • Dərman vasitələrinin ekspertizasının aparılması
    • Qanunvericilik
    • DV müraciət formaları
  • Laboratoriya
    • TƏVEKNL haqqında
  • Farmakonəzarət
    • Ümumi məlumatlar
    • Qanunvericilik
    • Tibb işçiləri üçün məlumatlar
    • Pasiyentlər üçün məlumatlar
    • Farmakonəzarət lüğəti
    • Bildiriş kartları
    • Onlayn bildirişlər
    • Vəsiqəs sahiblərinin NƏZƏRİNƏ!
    • Dərmanların yeni təhlükəsizlik məlumatları
    • Xüsusi nəzarətdə olan dərman vasitələri
  • Özəl tibb müəssisələri
    • Qanunvericilik
    • Özəl tibb fəaliyyəti
    • Özəl tibb müəssisələri
      • Sanator-kurort
      • Ambulator
      • Stasionar
      • Stomatoloji
  • BFMQƏ
    • Xəbərdarlıq
    • BMFQƏ-nin Ekspertizası
    • BFMQƏ – təkrar ekspertiza
    • Ekspertiza sənədləri
    • Müraciət nümunəsi
    • BFMQƏ-in ekspertiza nəticələri
  • Tibb vasitələri
    • TV müraciət
    • TV sənədlər
    • TV ekspertiza nəticələri
    • Qanunvericilik
  • DV TƏQİB VƏ İZLƏMƏ
    • Dərman vasitələrinin təqib və izləmə şöbəsi
  • Tariflər
  • Əlaqə

© 2022 AEM - Analitik Ekspertiza Mərkəzi .

Müyəssərlik menyusu

Ekran ölçüsü
Normal ölçü
Mətni böyüt
Disleksiya rejimi
Keçidləri seç
Şrift ölçüsü
Normal ölçü
Sola düzəlmə
Ortalama
Sağa düzəlmə
Qara kontrast
Ağ-qara
High Saturation
Mətn rənglərini dəyiş
Başlıq rənglərini dəyiş
Arxa fon rəngi
Şəkilləri gizlət
Alt xətt
Bələdçi
Vurğulayıcı
Böyük qara kursor
Böyük ağ kursor