Bu gün cəmiyyətdə ən çox müzakirə edilən mövzulardan biri də gözəllik salonlarında göstərilən qanunsuz kosmetoloji xidmətlərdir. Vətəndaşlar sosial şəbəkələrdə və ya küçədə rastlaşdıqları reklam postlarına aldanaraq, dələduzlara müraciət edir və nəticədə sağlamlıqlarını təhlükəyə atırlar. Sonradan göstərilən xidmətdən maddi və fiziki zərər görən vətəndaşlar öz hüquqlarının bərpası məqsədilə Səhiyyə Nazirliyinə müraciət edirlər. Amma sağlamlığın tam bərpası həmişə mümkün olmur. Odur ki, gözəllik salonlarına müraciət edən vətəndaşlar bunları nəzərə almalıdırlar.

