“Səhiyyə obyektlərində yanğın təhlükəsizliyinə əməl olunması qaydaları”na uyğun olaraq Analitik Ekspertiza Mərkəzində yanğın təhlükəsizliyinin təmin edilməsi istiqamətində müvafiq tədbirlər davam etdirilir.
Bu məqsədlə Mərkəzin şöbələrində yanğın təhlükəsizliyi qaydalarına əsasən təlimat hazırlanaraq struktur şöbə müdirlərinə paylanılıb, əməkdaşlarla mütəmadi təlimlər keçirilir.
Nəzəri biliklərin daha effektiv mənimsənilməsi və əməkdaşların praktik bacarıqlarının artırılması məqsədilə 14 may 2026-cı il tarixində Mərkəzdə “Yanğın təhlükəsizliyi” mövzusunda təlim təşkil olunub.
Təlim zamanı əyani təqdimatlar vasitəsilə iştirakçılara yanğın zamanı davranış qaydaları, ilkin müdaxilə üsulları, eləcə də təhlükəsizlik tələbləri barədə ətraflı məlumat verilib.






