Plastik əməliyyatdan əvvəl bunları mütləq edin!
Plastik cərrahiyyə ciddi tibbi müdaxilədir və düzgün qərar üçün əvvəlcədən hazırlıq vacibdir.
Bəzi vətəndaşlar əməliyyatdan sonra gözlənilən nəticənin alınmadığını, cərrahın onları qəbul etmədiyini və ya əlavə ödəniş tələb olunduğunu bildirirlər.
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi belə hallarla qarşılaşmamağınız üçün plastik əməliyyat qərarı verən hər kəsə sadə və vacib qaydaları təqdim edir.

