Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin Əczaçılıq müfəttişliyi şöbəsi tərəfindən cari ilin oktyabr ayında ümumilikdə 77 aptekdə yoxlama aparılmışdır. Onlardan 6-sı Bakı şəhərində, 71-i isə ölkənin rayonlarında keçirilmişdir. Yoxlamalar nəticəsində satışdan 8 dərman vasitəsi kənarlaşdırılmışdır.Aparılmış planlı və plandankənar yoxlamalar nəticəsində 27 müxtəlif nöqsanlar aşkar olunmuş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin altı maddəsi üzrə ümumilikdə 30 protokol tərtib edilmişdir.


