Azərbaycanda medianın 150 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində, ölkə başçısı cənab İlham Əliyevin sərəncamı ilə Səhiyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) publik hüquqi şəxsinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Mətin Məcidli “Tərəqqi” medalı ilə təltif edilib.
Bu yüksək mükafat Mətin Məcidlinin medianın inkişafına, ictimaiyyətlə əlaqələrin qurulmasına və kommunikasiya sahəsindəki fəaliyyətinə verdiyi əvəzsiz töhfənin təqdiridir. Analitik Ekspertiza Mərkəzi üçün bu, yalnız bir əməkdaşın deyil, bütövlükdə qurumun uğurudur. Bu təltif AEM-in cəmiyyətdəki mühüm rolunu və media ilə səmərəli əməkdaşlığını bir daha təsdiqləyir.
AEM rəhbərliyi və kollektivi Mətin Məcidlini bu əlamətdar nailiyyət münasibətilə təbrik edir və ona gələcək fəaliyyətində yeni uğurlar arzulayır. Bu təltif AEM-in peşəkar və fədakar əməkdaşlarının tanınması baxımından qürurverici bir hadisədir.
AEM-in bütün kollektivi Mətin müəllimi bu əhəmiyyətli uğuru münasibətilə səmimi qəlbdən təbrik edir və onun gələcək fəaliyyətində daha böyük nailiyyətlər arzulayır!

