AEM-də 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilib

2020-01-17

   20 Yanvar – Azərbaycan xalqının rəşadət, qətiyyət və qəhrəmanlıq tarixidir. 2020-ci ilin yanvar ayının 17-də Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzində Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş – 20 Yanvar faciəsi və həmin hadisədə müstəqilliyimiz uğrunda canlarından keçən şəhidlər ehtiramla yad edilib. Bununla əlaqədar olaraq Mərkəzin akt zalında toplaşan Analitik Ekspertiza Mərkəzinin əməkdaşları bir dəqiqəlik sükutla şəhidlərin ruhunu yad etmiş, rəhmət diləmişlər. Daha sonra 20 Yanvar Azərbaycan tarixində təkcə faciə yox, Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günü olduğunu, mərhum prezidentimiz ulu öndər Heydər Əliyevin bu yolda atdığı mühüm, həlledici addımlarını, bu uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarix olduğunu əks etdirən sənədli filmə baxmışdılar. 
   Analitik Ekspertiza Mərkəzinin rəhbərliyi daim əməkdaşlarının professional inkişafı ilə yanaşı eyni zamanda onlarda milli vətənpərvərlik ruhunun, dövlətçilik prinsiplərinin aşılanması istiqamətində tədbirlər görür.