MANŞET – AEM

Analitik Ekspertiza Mərkəzində Zəfər Günü qeyd edildi-VİDEO
8 noyabr-Azərbaycan dövlətinin müasir tarixinin ən mühüm və yaddaqalan tarixlərindən biridir. Bu əlamətdar gün – Zəfər Günü xalqımızın tarixinə milli birliyin, sarsılmaz iradənin, cəsarətin, qəhrəmanlığın və Vətənə sonsuz sədaqətin rəmzi kimi əbədi həkk olunmuşdur. Bu münasibətlə Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin akt zalında tədbir keçirilmişdir.

Tədbirdə 2020-ci il noyabrın 8-də 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələrinin xalqımız üçün xüsusi tarixi, mədəni və mənəvi əhəmiyyətə malik olan Qarabağın incisi Şuşa şəhərini azad etməsindən danışıldı və xüsusi olaraq qeyd edildi ki, Şuşanın azad olunması müharibənin həlledici hadisəsinə və tarixi zəfərimizin rəmzinə çevrildi.

Bu qələbə uzun illər ərzində həyata keçirilən məqsədyönlü dövlət siyasətinin, ölkənin müdafiə qüdrətinin möhkəmləndirilməsinin, xalq-dövlət birliyinin, eləcə də hərbçilərimizin yüksək peşəkarlığının, fədakarlığının və qəhrəmanlığının nəticəsi oldu. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə tarixi zəfər qazanılmış, ölkəmizin ərazi bütövlüyü bərpa edilmiş və Azərbaycanın tarixində yeni bir səhifə açılmışdır.

Lakin hər bir tarixi qələbənin arxasında insanların taleyi, onların cəsarəti, fədakarlığı və vətənin azadlığı, gələcəyi naminə ən əziz nemətlərindən belə keçməyə hazır olmaları dayanır.

Bu gün biz Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizi dərin hüzn və sonsuz minnətdarlıq hissi ilə yad edirik. Onların adları xalqımızın yaddaşında əbədi yaşayacaq, göstərdikləri qəhrəmanlıq isə gələcək nəsillər üçün əsl vətənpərvərlik nümunəsi olacaqdır.

Müharibə veteranlarına, hərbi qulluqçulara, eləcə də şəhid ailələrinə dərin hörmət və ehtiramımızı bildiririk. Onların dözümü, mənəvi gücü və vətənə sədaqəti ən yüksək qiymətə layiqdir.

Zəfər Günü yalnız keçmiş hadisələrin xatırlanması demək deyil. Bu gün, ilk növbədə, gələcək nəsillər qarşısında məsuliyyətimizi ifadə edir. Müstəqilliyimizin qorunması, dövlətçiliyimizin möhkəmləndirilməsi, ölkəmizin inkişafı, milli dəyərlərimizin mühafizəsi və sülh şəraitində gələcəyimizin təmin edilməsi hər birimizin üzərinə düşən mühüm vəzifədir.

Bu gün Azərbaycan qarşısında azad edilmiş ərazilərin bərpası, vətəndaşlarımızın doğma yurd-yuvalarına qayıdışının təmin edilməsi, şəhər və kəndlərin dirçəldilməsi, infrastrukturun, təhsilin, səhiyyənin və iqtisadiyyatın inkişaf etdirilməsi kimi mühüm vəzifələr dayanır.

Gənc nəsildə vətəndaş məsuliyyəti hissinin, öz ölkəsinin tarixinə hörmətin və qazandığımız zəfərin hansı yüksək bədəllə əldə olunduğunun dərk edilməsinin formalaşdırılması xüsusi əhəmiyyət kəsb edir.

Hər birimiz tutduğumuz vəzifədən və fəaliyyət sahəmizdən asılı olmayaraq, vicdanlı əməyimiz, peşəkarlığımız və vəzifə öhdəliklərimizə məsuliyyətli münasibətimizlə Azərbaycan dövlətinin möhkəmlənməsinə və inkişafına öz töhfəmizi verməliyik.

Analitik Ekspertiza Mərkəzinin kollektivi Azərbaycan xalqını bu uca bayram münasibətilə təbrik edir. Qoy qələbəmiz yalnız hərbi şücaətin rəmzi deyil, həm də ölkəmizin gələcək inkişafının, tərəqqisinin, sabitliyinin və rifahının möhkəm təməli olsun.

Qoy Azərbaycanda daim sülh, sabitlik və əmin-amanlıq hökm sürsün. Ölkəmiz inkişaf edərək daha da qüdrətlənsin və gələcək nəsillər müstəqil, güclü dövlətin səmasında daim sülh şəraitində yaşasınlar.

Şəhidlərimizin əziz xatirəsi daim qəlbimizdə yaşayacaqdır!

Bizə bu zəfəri bəxş edən qəhrəmanlarımız qarşısında baş əyirik!

Yaşasın Azərbaycan!

Yaşasın müstəqil, güclü və qalib Azərbaycan!

Oktyabr ayında 80 aptekdə yoxlama keçirilib
2026-ci ilin oktyabr ayı ərzində Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən ümumilikdə 80 aptekdə yoxlama həyata keçirilib. Bu yoxlamalardan 9-u Bakı şəhərində, 71-i isə respublikanın digər şəhər və rayonlarında yerləşən apteklərdə aparılıb.

Yoxlamaların 79-u planlı, 1-i plandankənar olmuşdur

Aparılmış yoxlamalar nəticəsində 24 aptekdə müxtəlif nöqsanlar aşkarlanmışdır. Bu hallarla bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.4 , 221.1 ,452.1 ,452.2  ,452.3     maddələri üzrə müvafiq inzibati protokollar tərtib edilmişdir.

“Əlavə təsirləri görməzdən gəlməyin, onlar barədə məlumat verin”
2–8 noyabr tarixlərində keçirilən builki qlobal #MedSafetyWeek kampaniyası insanları əlavə təsirləri görməzdən gəlməməyə və onlar barədə məlumat verməyə çağırır.

“Şübhəli əlavə təsirləri görməzdən gəlməyin, onlar barədə məlumat verin”-Kampaniyanın builki əsas  şüarıdır.

Dərman vasitələri insanların həyatını xilas edir və milyonlarla insanın sağlamlığını yaxşılaşdırır. Bununla yanaşı, onların istifadəsi zamanı arzuolunmaz əlavə təsirlər ortaya çıxa bilir. Bu təsirlər qəfil və ya tədricən yarana, hətta dərman vasitəsinin uzunmüddətli istifadəsindən sonra da meydana çıxa bilər. Bəziləri aydın şəkildə müşahidə olunsa da, digərləri “səssiz” olur, heç bir aşkar əlamət vermədən yalnız müayinələr zamanı müəyyən edilir.

Analitik Ekspertiza Mərkəzi (AEM) bütün pasiyentləri və tibb işçilərini dərman vasitələrinin istifadəsi zamanı yarana biləcək bütün növ əlavə təsirlərə qarşı diqqətli olmağa və belə hallar barədə məlumat verməyə çağırır. Daxil olan bildirişlər dərman vasitələrinin təhlükəsizliyinin qiymətləndirilməsi üçün mühüm məlumat mənbəyidir və AEM kimi tənzimləyici qurumlara potensial risklərin vaxtında müəyyənləşdirilməsi və müvafiq tədbirlərin görülməsində kömək edir.

“Əhalidən və tibb işçilərindən daxil olan bildirişlər dərman vasitələrinin təhlükəsizliyinə nəzarətdə mühüm rol oynayır. Hər bir bildiriş dərman vasitələrinin təhlükəsizliyinin təmin olunmasına və gələcəkdə digər insanların sağlamlığına zərər dəyməsinin qarşısını almağa kömək edə bilər”.

Yeni dərman vasitəsinin qəbuluna başladıqda, dozanı dəyişdikdə və ya eyni vaxtda digər dərman vasitələrindən, müəyyən qida məhsullarından, bitki mənşəli vasitələrdən istifadə etdikdə əlavə təsirlərin yaranma ehtimalı arta bilər. Buna görə də dərman vasitəsinin içlik vərəqəsini diqqətlə oxumaq və məlum əlavə təsirləri tibb işçisi ilə müzakirə etmək vacibdir.

Özünüzdə müşahidə etdiyiniz əlamətlərin dərman vasitəsinin əlavə təsiri ilə əlaqəli ola biləcəyini düşünürsünüzsə, bu barədə məlumat verin. Xüsusilə həmin əlamətlər gündəlik həyatınıza təsir göstərirsə, ciddi xarakter daşıyırsa və ya içlik vərəqəsində qeyd olunmayıbsa, onların bildirilməsi mühüm əhəmiyyət kəsb edir.

Əlavə təsir barədə məlumat vermək üçün əlamətin məhz dərman vasitəsindən qaynaqlandığına əmin olmaq lazım deyil. Şübhə olduqda belə məlumat vermək dərman vasitələrinin təhlükəsizliyinin daha yaxşı qiymətləndirilməsi üçün vacibdir.

“Əlavə təsirlər barədə məlumat vermək kiçik bir addım kimi görünə bilər, lakin bu, dərman vasitələrinin hər kəs üçün daha təhlükəsiz olması üçün böyük əhəmiyyət kəsb edir. Dərman vasitəsinin əlavə təsirə səbəb olduğundan şübhələnirsinizsə, bunu görməzdən gəlməyin – məlumat verin!”.

2026-cı ilin #MedSafetyWeek kampaniyası indiyədək keçirilən ən geniş miqyaslı  kampaniya olacaq. 2–8 noyabr tarixlərində 130 ölkədən 140 təşkilat #MedSafetyWeek kampaniyasının çağırışlarını 60-dan çox dildə paylaşacaq.

Əlavə təsirləri görməzdən gəlməyin, onlar barədə məlumat verin.

Tibb vasitələrinin yerli istehsalçılarının nəzərinə!
Yerli istehsal olunan tibb vasitələrinin dövriyyəyə buraxılan hər bir seriyası üzrə davamlı nümunə götürülməsi və müvafiq laborator analizlərin aparılması tətbiqinə başlanılması ilə əlaqədar hazırlanmış yeni müraciət formasını diqqətinizə çatdırırıq.

Yeni müraciət forması ilə aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz: keçid linki.

Sentyabr ayında 110 aptekdə yoxlama həyata keçirilib
2026-cı ilin sentyabr ayı ərzində Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən ümumilikdə 110 aptekdə yoxlama həyata keçirilib. Bu yoxlamalardan 1-i Bakı şəhərində, 109-u isə ölkənin digər şəhər və rayonlarında yerləşən apteklərdə aparılıb.

Yoxlamaların 105-i planlı, 5-i  plandankənar olmuşdur.

Aparılmış yoxlamalar nəticəsində 26 aptekdə müxtəlif nöqsanlar aşkarlanmışdır. Bu hallarla bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.4, 452.1 ,452.2, 452.3 və 452.4 maddələri üzrə müvafiq inzibati protokollar tərtib edilmişdir.

AEM-in təmsilçisi Mərkəzi Asiya ölkələrinin milli tənzimləyici qurumlarının görüşündə iştirak edib
29–30 sentyabr tarixlərində Özbəkistan Respublikasının Daşkənd şəhərində Amerika Farmakopeyasının (United States Pharmacopeia – USP) təşkilatçılığı ilə Mərkəzi Asiya ölkələrinin milli tənzimləyici qurumlarının nümayəndələri arasında görüş keçirilmişdir.

Tədbirdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin “Tibb və əczaçılıq vasitələrinin ekspertizası və keyfiyyətinə nəzarət” laboratoriyasının müdiri Çingiz Şükürov təmsil etmişdir.

Görüşün əsas məqsədi dərman vasitələrinin keyfiyyətinə nəzarət sahəsində müasir yanaşmaların və beynəlxalq təcrübənin müzakirə edilməsi, Mərkəzi Asiya ölkələrinin milli tənzimləyici qurumları arasında təcrübə mübadiləsinin aparılması, eləcə də keyfiyyətə nəzarət proseslərində tətbiq olunan müasir analitik metod və texnologiyalar barədə məlumatların paylaşılması olmuşdur.

Tədbir çərçivəsində Amerika Farmakopeyasının fəaliyyəti, farmakopeyanın son dövrdə tətbiq etdiyi yeniliklər və dərman vasitələrinin keyfiyyətinə nəzarətdə istifadə olunan yanaşmalar barədə təqdimatlar dinlənilmişdir. Xüsusilə Amerika Farmakopeyasının müqayisə standartlarının dərman vasitələrinin keyfiyyət göstəricilərinin qiymətləndirilməsində və analitik nəticələrin etibarlılığının təmin edilməsində əhəmiyyəti diqqətə çatdırılmışdır.

Həmçinin dərman vasitələrinin keyfiyyətinə nəzarət sahəsində mövcud qlobal tendensiyalar, laboratoriya analizlərində istifadə olunan müasir avadanlıqlar və analitik üsullar, onların validasiyası və verifikasiyası ilə bağlı məsələlər ətraflı müzakirə olunmuşdur. İştirakçılara müasir laboratoriya yanaşmaları, analitik proseslərin etibarlılığının və nəticələrin dəqiqliyinin təmin edilməsi istiqamətində tətbiq olunan metodlar barədə məlumat verilmişdir.

Görüşdə dərman vasitələrinin tərkibində insan sağlamlığı üçün potensial risk yarada bilən kanserogen və mutagen qarışıqların müəyyən edilməsi məsələsinə də xüsusi diqqət yetirilmişdir. Bu cür qarışıqların müasir analitik üsullarla təyini, onların miqdarının qiymətləndirilməsi və keyfiyyətə nəzarət prosesində tətbiq olunan yanaşmalar barədə təqdimatlar iştirakçıların diqqətinə çatdırılmışdır. Eyni zamanda, qeyd olunan sahədə Amerika Farmakopeyasının yanaşması və müvafiq analitik metodların tətbiqi ilə bağlı məlumat verilmişdir.

Tədbirin mühüm istiqamətlərindən biri də Mərkəzi Asiya ölkələrinin dərman vasitələrinin keyfiyyətinə nəzarət sahəsində mövcud təcrübələrinin paylaşılması olmuşdur. Görüş zamanı iştirakçı ölkələrin milli tənzimləyici qurumlarının fəaliyyət istiqamətləri, laboratoriya nəzarəti və analitik ekspertiza sahəsində tətbiq olunan yanaşmalar barədə fikir mübadiləsi aparılmışdır.

Görüş çərçivəsində aparılan müzakirələr dərman vasitələrinin keyfiyyətinin təmin edilməsi və keyfiyyətə nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, müasir analitik üsulların tətbiqi, beynəlxalq standart və yanaşmaların öyrənilməsi baxımından əhəmiyyətli olmuşdur.

Belə tədbirlər milli tənzimləyici qurumlar arasında əməkdaşlığın inkişaf etdirilməsi, qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi və dərman vasitələrinin keyfiyyətinə nəzarət sahəsində peşəkar bilik və təcrübə mübadiləsinin genişləndirilməsinə xidmət edir.

AEM-in 5 əməkdaşı dərin minnətdarlıq hissi ilə təqaüdə yola salındı
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin uzun illər ərzində peşəkar fəaliyyəti, zəngin təcrübəsi və məsuliyyətli əməyi ilə Mərkəzin inkişafına töhfə vermiş 5 dəyərli əməkdaşı yaşa görə təqaüdə yola salındı. AEM rəhbərliyinin iştirakı ilə Mərkəzin akt zalında keçirilən tədbirdə təqaüdə yola salınan əməkdaşlar haqqında çıxışlar edildi, onlara təşəkkürnamələr təqdim edildi.

Çıxışlar zamanı qeyd edildi ki, illər ərzində öz işinə böyük məsuliyyətlə yanaşan, peşəkarlığı, zəhmətsevərliyi, səmimiliyi və kollektivə sadiqliyi ilə seçilən əməkdaşlarımızın hər birinin Mərkəzin fəaliyyətində özünəməxsus yeri və rolu vardır. Onların fəaliyyəti yalnız görülən işlərlə deyil, formalaşdırdıqları zəngin təcrübə, bölüşdükləri bilik və gənc əməkdaşlara ötürdükləri peşə dəyərləri ilə də yadda qalacaq.

Bu gün təqaüdə yola saldığımız əməkdaşlarımız:

AEM-in Tibb və əczaçılıq vasitələrinin ekspertizası və keyfiyyətinə nəzarət laboratoriyasının analitiki Mələk Nəsirova 47 illik əmək fəaliyyətinin 20 ilini Mərkəzin inkişafına həsr edib.

AEM-in Təsərrüfat və təchizat şöbəsinin müdiri Bəhram Əsgərov da 46 illik ümumi əmək fəaliyyətinin son 8 ilini Mərkəzin təchizat sahəsində heç bir problem yaşamaması üçün çalışıb.

AEM-in Əməyin mühafizəsi üzrə mühəndisi Solmaz İmanova isə 52 illik ümumi əmək stajının 10 ilini Mərkəzin əməkdaşlarının gördüyü işlərin daha təhlükəsiz şəraitdə həyata keçirilməsinə həsr edib.

AEM-in Tibb və əczaçılıq vasitələrinin ekspertizası və keyfiyyətinə nəzarət laboratoriyasının daha bir əməkdaşı, yuyucu-sanitar Mətanət Babayeva 36 illik əmək fəaliyyətinin son 20 ilini Mərkəzdəki işinə sərf edib.

AEM-in Əczaçılıq müfəttişliyi şöbəsinin baş müfəttişi Rauf Əliyevin 42 illik ümumi əmək stajı var. Onun son 19 ilini R.Əliyev Mərkəz tərəfindən keçirilən yoxlamaların obyektivliyi və səmərəliliyi üçün çalışıb.

Bu insanların hər birinin uzun illər ərzində çəkdikləri zəhmət, peşələrinə bağlılığı və Mərkəzin fəaliyyətinə verdiyi töhfələr böyük hörmət və minnətdarlıqla xatırlanacaq. Çünki hər bir qurumun fəaliyyətindəki uğurun arxasında məhz belə insanların əməyi, təcrübəsi və fədakarlığı dayanır.

Əziz əməkdaşlarımız, Mərkəzin inkişafı üçün uzun illər ərzində çəkdiyiniz fədakar zəhmətə və işinizə sədaqətinizə görə hər birinizə təşəkkür edirik.

Sizə yeni həyat mərhələsində möhkəm can sağlığı, uzun ömür və xoş günlər arzulayırıq. Bundan sonrakı həyat yolunuzda doğmalarınızla birlikdə keçirdiyiniz günlər sevinc və rahatlıqla zəngin olsun. Əməyiniz, peşəkarlığınız və mərkəzin inkişafına verdiyiniz töhfələr hər zaman hörmət və minnətdarlıqla xatırlanacaq.

Avqust ayında 70 aptekdə yoxlama keçirilib
2026-ci ilin avqust ayı ərzində Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən ümumilikdə 70 aptekdə yoxlama həyata keçirilib. Bu yoxlamalardan 48-i Bakı şəhərində, 22-i isə respublikanın digər şəhər və rayonlarında yerləşən apteklərdə aparılıb.

Yoxlamaların 51-i planlı, 16- sı plandankənar və 3-ü yoxlamadan kənar olmuşdur.

Aparılmış yoxlamalar nəticəsində 19aptekdə müxtəlif nöqsanlar aşkarlanmışdır. Bu hallarla bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 210.1, 215.4, 221.1, 452.1 və 452.3 maddələri üzrə müvafiq inzibati protokollar tərtib edilmişdir.

Analitik Ekspertiza Mərkəzinin nümayəndələri Türkiyədə dərman vasitələrinin təqib və izlənməsi sahəsində təcrübə mübadiləsi aparıb
Analitik Ekspertiza Mərkəzinin nümayəndə heyəti Türkiyə Respublikasının Ankara şəhərində bir sıra aidiyyəti dövlət qurumları və əczaçılıq sektorunda fəaliyyət göstərən təşkilatlarla görüşlər keçirib. Səfərin əsas məqsədi dərman vasitələrinin təqib və izlənməsi sahəsində Türkiyənin qabaqcıl təcrübəsinin öyrənilməsi, rəqəmsal həllərin tətbiqi istiqamətində təcrübə mübadiləsinin aparılması və Azərbaycanda fəaliyyət göstərən “Dərman vasitələrinin təqib və izləmə sistemi”nin inkişaf etdirilməsi üzrə qarşılıqlı müzakirələrin keçirilməsi olub.

Səfər çərçivəsində Analitik Ekspertiza Mərkəzinin nümayəndə heyəti “Türkiyə İlaç ve Tıbbi Cihaz Kurumu” (TİTCK), Türkiyənin İlaç Takip Sistemi (İTS) üzrə texnoloji infrastrukturun qurulmasında və sistemin texniki həllərinin hazırlanmasında mühüm rol oynayan “TC Health” şirkətini və Türkiyənin ən böyük topdansatış əczaçılıq müəssisələrindən biri olan “Selçuk Ecza Deposu”nu ziyarət edib. Keçirilən görüşlər zamanı dərman vasitələrinin istehsalçıdan son istehlakçıya qədər hərəkətinin izlənilməsi, əczaçılıq təchizat zəncirində şəffaflığın təmin edilməsi, rəqəmsal məlumat mübadiləsi və müvafiq informasiya sistemlərinin effektiv idarə olunması ilə bağlı Türkiyədə tətbiq edilən mexanizmlər barədə fikir mübadiləsi aparılıb.

Görüşlərdə dərman vasitələrinin təqib və izlənməsi sisteminin müxtəlif iştirakçıları arasında məlumat mübadiləsinin təşkili, sistemdə məlumatların düzgünlüyünün və tamlığının təmin edilməsi, dərman vasitələrinin hərəkətinin izlənilməsi, eləcə də risklərin idarə olunması və nəzarət mexanizmlərinin təkmilləşdirilməsi məsələləri müzakirə olunub.

Səfərin mühüm nəticələrindən biri Analitik Ekspertiza Mərkəzi ilə Türkiyə İlaç ve Tıbbi Cihaz Kurumu (TİTCK) arasında əməkdaşlıq haqqında Memorandum layihəsinin hazırlanması olub. Hazırlanmış layihənin qarşılıqlı razılaşdırıldıqdan sonra yaxın gələcəkdə tərəflər arasında imzalanması nəzərdə tutulur. Memorandumun imzalanması ilə dərman vasitələrinin təqib və izlənməsi, əczaçılıq məhsullarının dövriyyəsinə nəzarət, rəqəmsal texnologiyaların tətbiqi, məlumat və təcrübə mübadiləsi, həmçinin müvafiq sahədə qarşılıqlı əməkdaşlığın institusional əsaslarının daha da gücləndirilməsi üçün yeni imkanların yaradılması gözlənilir.

AEM-in nümayəndəsi Qlobal Dərman Tənzimləmə Konklavında iştirak edib
30–31 iyul 2026-cı il tarixlərində Hindistan Respublikasının Nyu-Dehli şəhərində Qlobal Dərman Tənzimləmə Konklavında (Global Drug Regulatory Conclave) keçirilib. Tədbir Hindistanın Əczaçılıq İxracatını Təşviq Şurası (PHARMEXCIL) və Mərkəzi Dərman Standartlarına Nəzarət Təşkilatı (CDSCO) tərəfindən birgə təşkil olunmuşdur. Konklavda qlobal əczaçılıq sektoruna yön verən Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Yaponiya, Rusiya kimi aparıcı dövlətlər də daxil olmaqla, ümumilikdə 40-dan çox ölkənin dərman vasitələri üzrə məsul tənzimləyici (requlyator) orqanlarından 60-dan çox ixtisaslı mütəxəssislər və idarəçi şəxslər iştirak ediblər. İki günlük konklav ərzində əczaçılıq sektorunun qlobal gələcəyini, tənzimləmə mexanizmlərini və dərman təhlükəsizliyini əhatə edən aşağıdakı prioritet istiqamətlər üzrə çıxışlar edilmiş və bir sıra sessiyalar keçirilmişdir. Tədbir proqramının ikinci gününün sonunda konklav iştirakçıları üçün Hindistan Farmakopeya Komissiyasının (Indian Pharmacopoeia Commission – IPC) baş qərargahına və laboratoriya kompleksinə rəsmi sahə səfəri təşkil olunmuşdur.Ziyarət zamanı qurumun praktiki fəaliyyəti və təcrübəsi ilə yerində tanışlıq baş tutub.

Tədbirdə Azərbaycanı Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin Dərman vasitələrinin idxal-ixrac şöbəsinin müdiri Şirin Şahbazov təmsil edib.