“Dərman vasitələrinin geri çağırılması Qaydası”nın təsdiq edilməsi haqqında qərar qəbul edildi

2019-11-29

   Azərbaycan Respublikasinin Nazirlər Kabinetinin 27 noyabr 2019-cu il № 460 qərarına əsasən “Dərman vasitələrinin geri çağırılması Qaydası”nın təsdiq edilməsi haqqında qərar qəbul edilmişdir. Bu Qayda “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 12.3-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və əhalinin sağlamlığı və təhlükəsizliyinin təmin edilməsi məqsədilə yararsız dərman vasitələrinin dövriyyədən çıxarılması qaydasını tənzimləyir (1.1.). Bu Qayda dərman vasitələrinin dövriyyəsinin bütün mərhələlərini (dərman vasitələrinin istehsalı, saxlanması, daşınması, satışı, istifadəsi və tətbiqi) əhatə edir (1.2.). https://cabmin.gov.az/az/document/4090/