Narkotik vasitələrə və digər lisenziya tələb olunan prekursorlara nəzarəti artıq AEM həyata keçirəcək

2019-11-29

   Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 14 oktyabr 2019-cu il tarixli, 93 saylı Qərarına əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi Məhdud Məsuliyyətli Cəmiyyəti publik hüquqi şəxsə çevrilmiş və Vergilər Nazirliyi tərəfindən 15 noyabr 2019-cu il tarixdə dövlət qeydiyyatına alınmış yeni Nizamnaməsində Mərkəzin fəaliyyət istiqamətlərinin dairəsi genişləndirilmişdir. 
   Belə ki, artıq “Analitik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsinin Nizamnaməsinə əsasən Mərkəz Azərbaycan Respublikası ərazisində dövriyyəsinə nəzarət edilən, məhdudlaşdırılmış və ya qadağan edilmiş narkotik vasiətələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların, güclü təsir edən  və zəhərli maddələrin dövriyyəsinə nəzarətin həyata keçirilməsində iştirak edir.