Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi (JICA) ilə təcrübə mübadiləmiz

2019-09-05

   2019-ci ilin 01 iyul – 02 avqust  tarixində Yaponiyanın Tokio və Toyama şəhərlərində Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (JICA) təşkil etdiyi “Keyfiyyətli dərman vasitələrinə çıxışın təmin edilməsi üzrə tənzimləyici sistem” başlıqlı təlim proqramı təşkil olunmuşdur. Təlimdə 11 ölkədən 11 iştirakçı və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyindən (JICA), Yaponiya Beynəlxalq Sosial Xidmət Korporasiyasından (JICWELS), Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (MHLW), Əczaçılıq məhsulları və Tibbi cihazların Agentliyi (PMDA), Tibb Elmləri Milli İnstitutu (NIHS), Yoluxucu Xəstəliklər Milli İnstitutundan (NIID), Yaponiya Generik Dərmanlar  Asosiyasiyasından (JGA), Chiba Universitetinin xəstəxanasından və  Yaponiya Əczaçılıq Asosiyasıyasından (JPA) professor, mütəxəssislər və nümayəndələr iştirak etmişdilər. Bu təlimə Analitik Ekspertiza Mərkəzinin mütəxəssisi də qatılmışdır.
   Təlim yüksək səviyyədə 2 dildə - yapon və ingilis dillərində təşkil olunmuşdur. Təlimdə Yaponiyada Əczaçılıq Administrasiyası, Yaponiyada dərman vasitələrinin lisenziyalaşdırılması və qeydiyyata alınması sistemləri, yeni dərman preparatlarınn ilkin ekspertizası, post marketing dövürü ərzində dərman vasitələri ilə bağlı təhlükəsizlik tədbirləri, post marketing dövürü ərzində təhlükəsizlik məlumatlarının toplanması və risklər barədə məlumatın ötürülməsi, Yaponiya Tibbi Sığorta Sistemi və dərman vasitələrinin qiymət standartları və s. kimi mühüm və aktual mövzular yer almışdır. Təlimin özəlliyi ondan ibarətdir ki, təlim proqramının bir hissəsi olaraq, iştirakçılar nəzəri şəkildə öyrəndiklərini bu xüsusda müxtəlif obyektləri ziyarət edərək praktik olaraq şahidi olmuşdular.  
   Bundan başqa təlim programı müddətində “Keyfiyyətli dərman vasitələrinə çıxışın təmin edilməsi üzrə tənzimləyici sistem”də  olan problemli məsələlərin müzakirəsi dəyirmi stollarda müzakirə edilmişdir.Təlimin sonunda Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (JİCA) və Hatçioji Əczaçılıq Mərkəzi tərəfindən müvafiq sertifikatlar təqdim olunmuşdur.
   Hal-hazırda farmakonəzarət sistemimizin qurulması və müvafiq qanunvericiliyin beynəlxalq tələblərə uyğunlaşdırılması üçün bu görüşlər, təlimlər və təcrübə mübadiləsi çox əhəmiyyətlidir.