ÜST-ün Birgə Əməkdaşlı Qeydiyyat Proseduru (Collaborative Registration Procedure) proqramına üzv olduq

2019-06-10

   Ümumdünya Səhiyyə Təşkilatının (ÜST)  bir çox layihələrini dəstəkləyən və əməkdaşlıq edən Azərbaycan Respublikası Birgə Əməkdaşlı Qeydiyyat Proseduru (Collaborative Registration Procedure) proqramına da artıq üzvdür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi ilə ÜST arasında bu istiqamətdə sazış bağlanıb.
   ÜST tərəfindən prekvalifikasiyadan keçmiş dərman vasitələrinin Dövlət Qeydiyyatını asanlaşdırmaq və tezləşdirmək məqsədi ilə 2012-ci ildən başlayaraq, ÜST tərəfəndin Birgə Əməkdaşlı Qeydiyyat Proseduru (Collaborative Registration Procedure) tətbiq edilir. Bununla bağlı hətta cari ilin 9-10 aprel tarixlərində Moldovanın Kişinyov şəhərində ÜST tərəfindən Birgə Əməkdaşlı Qeydiyyat Proseduru (Collaborative Registration Procedure) haqqında növbəti görüş kecirilmişdir. Həmin görüşdə Azərbaycan Respublikasını Analitik Ekspertiza Mərkəzinin Qeydiyyat-ekspertiza şöbəsinin əməkdaşları təmsil ediblər. Görüşün məqsədi CRP haqqında Milli Regulyator Orqanların məlumatlandırılması, ÜST tərəfindən prekvalifikasiyadan keçmiş dərman vasitələrinin əldə edilməsinin asanlaşdırılması, Milli Regulyator Orqanlar tərəfindən aparılan ekspertiza işlərinin asanlaşdırılması və optimallaşdırılmasının əhəmiyyətini iştirakçı dövlətlərin nümayəndələrinə çatdırmaqdır. Hal hazırda 33 ölkə CRP-nin fəal üzvüdür.