Yaponiyada növbəti “PMDA-ATC Farmakonəzarət Seminarı 2019”

2019-02-25

   2019-ci ilin 4-7 fevral tarixində Tokio şəhərində Yaponiyanın Dərman vasitələri və Tibbi Cihazlar üzrə Agentliyinin (Pharmaceutical and Medical Devices Agency – PMDA) və Dərman vasitələri və Tibbi Cihazların Tənzimlənməsi Məsələləri üzrə Asiya Treninq Mərkəzinin (Asia Training Center for Pharmaceuticals and Medical Devices Regulatory Affairs – PMDA-ATC) təşkilatçılığı ilə Farmakonəzarət üzrə treninq (“PMDA-ATC Farmakonəzarət Seminarı 2019”) təşkil olunmuşdur. Treninqə Analitik Ekspertiza Mərkəzinin əməkdaşı dəvət olunmuşdur.
   Seminar farmakonəzarət mərkəzləri və  milli tənzimləyici aqentliklər üçün təşkil edilmişdir. Təlim ingilis dilində, PMDA daxil olmaqla yapon tənzimləyici orqanlarının əməkdaşları, Yaponiya universitetlərinin elmi əmkdaşları və sənaye şirkətlərinin üzvləri tərəfindən aparılırdı.
   Treninqdə 15 ölkədən ( Azərbaycan, Banqladeş, İndoneziya, Cənubi Afrika, Çili, Fillipin, Kambodja, Malaziya, Myanmar, Nepal, Papua Yeni Qvineya, Rusiya, Tayland, Tayvan, Şri-Lanka) 29 mütəxəssis istirak edirdi.  İlk gün bütün ölkələrin nümayəndələri təqdimatlarla çıxış etmiş, daha sonra. Avropa İttifaqının, ABŞ-ın, Yaponiyanın farmakonəzarət sahəsində tənzimləyici fəailiyyətinin xüsusiyyətləri və fərqləri, pasiyentlər üçün dərman vasitələrinin istifadəsi üzrə təlimat (patient information leaflet, PIL), farmakonəzarət planları, risk idarəetmə planı, farmakoepidemioloqiyanın farmakonəzarətdə istifadə edilməsi, dərman vasitələrinin risklərinin və faydalarının qiymətləndirilməsi, risklərin minimuma endirilməsi qərarları, pasiyentlər və səhiyyə mütəxəssislərlə kommunikasiya üsulları müzakirə olunmuşdur.
   Treninq zamanı dərman vasitələrinin riskinin müəyyən edilməsi və risklərin idarəedilməsi planının hazırlanması və riskin minimuma endirilməsi praktiki qrup təlimləri keçirilmişdir.
   Seminarın sonunda treninq materialları, həmçinin Yaponiyanın Dərman vasitələri və Tibbi Cihazlar üzrə Agentliyi (Pharmaceutical and Medical Devices Agency – PMDA)   tərəfindən müvafiq sertifikatlar iştirakçılara təqdim olunmuşdur.