AEM-in əməkdaşları Osakada Beynəlxalq Tibb Elmləri Cəmiyyəti Konqresində

2019-01-09

   2018-ci ilin  dekabr ayında Yaponiyanın Osaka şəhərində Beynəlxalq Tibb Elmləri Cəmiyyəti Konqresi (İMSS - İnternational Medical Science Society Congress) təşkil olunmuşdur. Konqresdə JBP şirkətinin məhsulu olan “Laennec” preparatının müxtəlif məqsədlər üçün istifadəsi barədə danışılmışdır. Konqresə Azərbaycandan Analitik Ekspertiza Mərkəzinin iki əməkdaşı dəvət olunmuşdur. Daha sonra əməkdaşlarımız Yaponiyanın JBP (Japan Bio Products- Fukuoka şəhəri) zavodunda olmuş və istehsalatla tanış olmuşlar. Zavoda baş çəkərkən əməkdaşlarımız ampul və inyeksiyaların, kosmetik vasitələrin istehsal prosesi ilə tanış olmuş, istehsalda istifadə olunan avadanlıqlar haqqında məlumat əldə etmişdilər. Zavod inspeksiyasında kifayət qədər təcrübəsi olan AEM-in əməkdaşları prosesin daha mükəmməl olması üçün yapon mütəxəssisləri ilə müzakirələr aparmış, proseslə yaxından tanış olmuşlar. Bundan başqa JBP şirkətinin Seuldakı ofisini ziyarət etmiş, məhsullar barədə ətraflı məlumat almışlar.