AEM-in PMDA ilə treninqlər üzrə əməkdaşlığı davam edir

2018-12-07

   Artıq beşinci dəfədir ki, Analitik Ekspertiza Mərkəzinin əməkdaşlarından Yaponiyanın Dərman vasitələri və Tibbi cihazlar üzrə Agentliyi (Pharmaceuticals and Medical Devices Agency of Japan(PMDA))  tərəfindən əczaçılığın müxtəlif istiqamətləri üzrə təşkil olunmuş treninqlərdə iştirak etmək və PMDA ilə treninq üzrə əməkdaşlıq sferasını genişləndirmək nəsib olur. Bu dəfə Yaponiyada PMDA tərəfindən “PMDA-ATC Bitki Tərkibli Dərman vasitələrinin Keyfiyyətinin Nəzarəti” adlı Seminar təşkil edilmişdir. Seminarda 14 ölkədən (Azərbaycan, Braziliya, Hindistan, Malayziya, Nepal, Nigeriya, Papua Yeni Qvineya, Sinqapur, Cənubi Afrika, Şri Lanka, Tayvan, Tanzaniya, Tayland, Uqanda) 15 mütəxəssis iştirak etmişdir. Seminar iştirakçıları “Yaponiyada ənənəvi tibbin mövcud vəziyyəti; Müasir Tibbi Tədqiqatlarda  Bitki Təbabətinin rolu; Yapon Farmakopeyası, qeyri-farmakopeal xam dərmanlar üçün Yaponiya Standartları; Xammal və bitki mənşəli dərmanlar üçün istehsalın və marketinqin təsdiq meyarları və təlimatları; Bitki mənşəli dərmanların keyfiyyətinin yoxlanılması və istehsalının idarə edilməsi" mövzularında mühazirələr dinləmişdilər.
   Bu treninqin özəlliyi iştirakçıların nəzəri bilikləri əldə etməklə yanaşı, həmçinin Toyama prefekturasında yerləşən zavodlara səfər, bitki tərkibli dərmanların istehsal prosesini müşahidə və laborator avadanliqda keyfiyyətinin yoxlanılmasını test etmələri olmuşdur.
   Seminarın sonunda iştirakçılara mövzu üzrə bir çox əhəmiyyətli materiallar, həmçinin Yaponiyanın Əczaçılıq və Tibbi Cihazlar Agentliyi tərəfindən müvafiq sertifikat təqdim olunmuşdur.