AEM-in əməkdaşlarının Çində “İEOÖ üçün dərman vasitələri ilə təminatın idarə edilməsi” adlı Seminarda iştirakı

2018-09-24

   Dünyanın bütün ölkələri ilə qarşılıqlı surətdə faydalı əməkdaşlıq yaratmaq prinsiplərini rəhbər tutan Azərbaycan Respublikası Çinlə də bütün istiqamətlərdə sıx əlaqələrə malikdir. Bu istiqamətlərdən biri də əczaçılıq sahəsidir. Bu sahədə əlaqələrin möhkəmlənməsi və inkişaf edən ölkələrin təcrübəsindən yararlanmaq məqsədilə cari ilin sentyabr ayında Çin Xalq Respublikasının Pekin və Quylin şəhərlərində keçirilmiş “İnkişaf etməkdə olan ölkələr (İEOÖ) üçün dərman vasitələri ilə təminatın idarə edilməsi” (“2018 Ministerial seminar on drug administration and management for developing countries”) mövzusunda dövlət səviyyəsində əhəmiyyətli Seminar təşkil edilmişdir. Bu seminarda Livan, Uqanda, Liberiya, Qambiya, Özbəkistan, Lesoto, Mozambik və Qana ölkələrinin rəsmi nümayəndələri və həmçinin Azərbaycan Respublikasından nümayəndə olaraq AEM-in əməkdaşları həmin seminarda iştirak ediblər. Seminar iştirakçiları Dərman Vasitələri ilə təminat, dərman və tibbi  vasitələrə yaranan təlabatın qabaqcadan planlaşdırılması, Çin xalq təbabətinin şaxələri və inkişaf mərhələləri, dərman və tibbi vasitələrin dövlət reyestrində qeydiyyatı prosedurunda mövcud olan reformalar mövzularında mühazirələr dinləmiş, həmçinin Çin Xalq Respublikasının Səhiyyə Nazirliyinin rəsmilərinin iştirakı ilə “Fosun Farma” və “Quylin Farma” dərman vasitələri zavoduna getmiş, “Artesun” adlı yeni nəsil malyariya əleyhinə dərman vasitəsinin istehsal prosesini müşahidə etmişdilər.