AEM ABŞ Beynəlxalq İnkişaf Agentliyinin Seminarında

2018-06-25

   2018-ci ilin 11-16 iyun tarixində Qazaxıstanın Almatı şəhərində ABŞ Beynəlxalq İnkişaf Agentliyinin təşkilatçılığı ilə keçirilmiş Farmakonəzarət üzrə Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üçün “Dərmanadavamlı vərəmin yeni dərman vasitələri və qisamüddətli müalicə rejimi istifadəsilə, vərəməleyhinə preparatlarının təhlükəsizliyinin aktiv monitoringinin həyata keçirilməsi” ilə bağlı regional seminar təşkil olunmuşdur. Daim əməkdaşların bilik və bacarıqlarının artırılmasını diqqətdə saxlayan AEM rəhbərliyi bu Seminarda iştirak üçün əməkdaşını Almatı şəhərinə ezam etmişdir.
   Seminarda vərəməleyhinə preparatlarının təhlükəsizliyi məsələlərinə aid bir çox suallar araşdırılmış,bu sahənin diqqət mərkəzində saxlanılması vurğulanmış, fəal müzakirələr edilmiş, həmçinin dövlətlərarası və beynəlxalq səviyyədə əməkdaşlığın qurulması məsələlərinə baxılmışdır. Seminarda 10 ölkədən  73 iştirakçı istirak etmişdir.  ABŞ Beynəlxalq İnkişaf Agentliyi  nümayəndələri, MVP menedjerləri, MVP koordinatorları,farmakonəzarət ekspertləri, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin Challenge TB və Ümümdünya Səhiyyə Təşkilatınin Promoting Quality of Medicines layihələrinin nümayəndələri və diqər əməkdaş cəmiyyətlər iştirak ediblər.
   Seminar yüksək səviyyədə 2 dildə rus və ingilis  dilində təşkil olunmuşdur. Əlaqələrin qurulması və təcrübə mübadiləsi baxımından da konfransın əhəmiyyətini qeyd etmək lazımdır. Ümumiyyətlə hazirki zamanda milli farmakonəzarət sisteminin qurulması üçün bu səpkili görüşlər və təcrübə mübadiləsi çox əhəmiyyətlidir. Bundan başqa postsovet ölkələrində farmakonəzarət sistemində olan problemli məsələlərin müzakirəsi dəyirmi stollarda müzakirə edilmişdir. 
   Seminarın sonunda hər ölkə 2 illik fəaliyyət planı hazırlanmışdır, bir çox materiallar iştirakçılara təqdim olundur. Həmçinin ABŞ Beynəlxalq İnkişaf Agentliyi tərəfindən müvafiq sertifikat təqdim olunmuşdur.