Azərbaycan UMC-nin 40 illik Yubiley tədbirində tam hüquqlu üzvü olaraq təmsil olundu

2018-06-11

   2018-ci ilin may ayında İsveçin Uppsala şəhərində Uppsala Monitorinq Mərkəzinin (Uppsala Monitoring Centre, UMC) təşkilatçılığı ilə Mərkəzin 40 illik yubiley tədbiri baş tutmuşdur.
Qeyd edək ki, UMC 1978-ci ildə yaradılmışdır və Ümumdünya Səhiyyə Təşkilatının 1968-ci ildə təşkil edilmiş Beynəlxalq Dərman Monitorinqi proqramını həyata keçirir. 2010-cu ildə Analitik Ekspertiza Mərkəzi və UMC arasında əlaqələr qurulmuşdur. Keçən dövr ərzində əməkdaşlıq edilmiş və sahə üzrə əlaqələrimiz genişləndirilmişdir. 2018-ci ilin yanvar ayının 23-də Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının Beynəlxalq Dərman Monitorinqi proqramınının tam hüquqlu üzvi seçilmişdir.
   Yubiley tədbirində dünya ölkələrinin milli farmakonəzarət mərkəzlərinin nümayəndələri, ÜST nümayəndələri, UMC-nin qurucuları və işçiləri, sahə üzrə tanınmış şəxslər, Universitet və elmi tədqiqat klinikalarından professorlar və digər qonaqlar (200-dən çox iştirakçı) iştirak edirdilər.  Həmçinin İSOP-Beynəlxalq Farmakonəzarət Cəmiyətinin prezidendi cənab Sten Olsson, ÜST Dərman vasitələri və digər tibb texnologiyalarının tənzimlənməsi üzrə rəhbəri Emer Cooke, UMC-nin direktoru Marie Lindquist və digər farmakonəzarət üzrə aparıcı simalar tədbirdə iştirak ediblər. 
   Yubiley yüksək səviyyədə ingilis dilində təşkil olunmuşdur. Tədbirin ilk günü UMC-nin 40 illik yubileyinin rəsmi açılışı keçirildi. UMC-nin direktoru Marie Lindquist nitq söylədi. Ümumdünya Səhiyyə Təşkilatının Dərman vasitələri və digər tibb texnologiyalarının tənzimlənməsi üzrə başçısı Emer Cooke çıxış etdi. Daha sonra yubiley proqramına uyğun olaraq məruzələr dinlənildi. Maraqlı tarixi materiallar əsasında çəkilmiş UMC-yə aid filmlər izlənilib. Həmçinin UMC-nin məhsulları və xidmətlərinə həsr edilmiş sərgiyə baxılıb. Yubileyə həsr edilmiş “MAKING MEDICINES SAFER” adlı kitabın təqdimatı tədbiri daha da maraqlı edib.
   Tədbirdə Azərbaycan Respublikasını təmsil etmək AEM-in Farmakonəzarət Sektorunun müdiri Elmin Quliyevə həvalə olunmuşdur. Əməkdaşımızın tədbir zamanı qeyd olunan rəsmi şəxslərlə Azərbaycan Respublikası, Azərbaycanın ərazi problemi, Səhiyyə Nazirliyi, Analitik Ekspertiza Mərkəzi, farmakonəzarət üzrə fəaliyyətlərimiz və nəaliyyətlərimizi əhatə edən söhbətlər aparmasını nəzərə alsaq tədbirin səhiyyə üzrə əlaqələr qurmağımıza və mövcud əlaqələrimizin genişləndirilməsi üçün əhəmiyyətli olmasını vurğulamaq olar.