Əhalinin nəzərinə !!!

2018-05-11

Əhalinin nəzərinə !!!
   Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Farmakoloji və Farmakopeya Ekspert Şurası tərəfindən 24.01.14-cü il tarixində təsdiq olunmuş “Təbii mənşəli preparatların dərman vasitələrinə aid olmasını müəyyənləşdirmək məqsədilə ekspertizasının aparılmasına dair metodiki tövsiyələr”-in tələblərinə əsasən Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi Bioloji Fəallığa Malik Qida Əlavələrinin (BFMQƏ) ekspertizasını həyata keçirir.
   01.03.2018 tarixindən Analitik Ekspertiza Mərkəzinə ekspertiza üçün 334 müraciət daxil olmuşdur. Onlardan 61 - mənfi rəy almışdır. Nəzərinizə çatdırırıq ki, mənfi rəy iki halda verilir:
  1. Aparılan ekspertiza nəticəsində BFMQƏ-nin dərman vasitəsi ilə eyni tərkibdə olması aşkarlanarsa. Doza, onun gündəlik istehlakının yuxarı yol verilən həddini bir neçə dəfə aşırsa (23 noyabr 2016-ci ildən olan “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunun 14-1.2.  maddəsində deyilib ki, bioloji fəallığa malik qida əlavələri dərman vasitəsi ilə eyni tərkibli ola bilməz).
  2. Məhsulun hazırlanma texnologiyası, onun təhlükəsizliyi, etibarlılığı və keyfiyyəti şübhə doğurarsa, onun istifadə edilməsi insan orqanizmi üçün təhlükə daşıyarsa və müvafiq qaydada məhv edilməsi  məqsədə uyğun olarsa . Təqdim olunan normativ sənədlərdə verilən tərkiblə qablaşma və istifadə üzrə təlimatda göstərilən tərkib uyğunlaşmadıqda.
   Mənfi rəy alan BFMQƏ-in adlarını vətəndaşların nəzərinə çatdırmaqla onları diqqətli olmağa çağırırıq. Bundan sonra da daxil olan müraciətlər ciddi nəzarət olunacaq və bu siyahı mütəmadi olaraq yenilənəcəkdir.  
   Vətəndaşlar tərəfindən edilən müraciətlər bu cür halların üzə çıxarılmasında və qarşısının alınmasında əhəmiyyətli rol oynayır. Bunun üçün əhalidən bu preparatlara rast gəldikləri təqdirdə AEM-in qaynar xətt xidmətinə ((+99412) 596 07 12, (+99412) 594-57-27, (+99412) 594-57-37)) məlumat vermələri xahiş olunur!
 
 
İSTEHSALÇI ŞİRKƏT VƏ PREPARATIN ADI
IOULIA AND IRENE TSETI Pharmaceutical Laboratories S.A. (d.t. INTERMED S.A.), Yunanıstan
  1. EVA - MUKOSİS / EVA - MYCOSIS (vaginal şam №10)
Maximum Sağlık Ürünleri San Tic Ltd Şti, Türkiyə
  1. EDOM (kapsul, №30)
  2. OSTEOFORCE (sirop, 150 ml №1)
  3. OSTEOFORCE (tablet, №30)
  4. REV-500 (tablet, №40)
  5. SAKURA (tablet, №60)
Fortex Nutraceuticals Ltd, Bolqarıstan
  1. AZAVIT (kapsul, №30)
GH Yıldız İlaç ve Kozmetic San Tic Ltd Şti, Türkiyə  
  1. ASFOR (tablet, №30)
  2. DETRIVI (damcı, 30 ml)
  3. ESTİFER (kapsul, №60)
  4. GİLBERA (şərbət, 150 ml)
  5. LİBİMAKS (kapsul, №60)
  6. OFTALGIN (steril məhlul, 50q)
  7. ORGENZYME (kapsul, №30)
  8. PROİNVİV (gel 50q)
  9. VİTAZİM (kapsul N 20)
  10. XONDROKOL / CHONDROCOL (kapsul N 30, 60)
 Pharco Pharmaceuticals, Misir
  1. NEFROHERB (kapsul №36)
Esensa, Serbiya 
  1. EXPULMO (şərbət, 150 q №1)
Gricar Chemical SRL, İtaliya
  1. SEREBROVİN KİDS (şərbət150ml)
  2. VENOLAST (tablet № 45)
Fitofarm Plus Doo, Makedonoya
  1. GABAMIT (örtüklü tablet, №50)
  2. GYNECREAM (krem 45 ml)
  3. ZABOLEX (diş damcıları, 5 ml)
  4. ANARECT (rektal suppozitoriya №10)
Antibiotice SA, Rumıniya
  1. FLUXİV (örtüklü tablet №60)
Pharmex Rom İndustry, Rumıniya
  1. BREYNAVİT (şərbət, 150 ml)
  2. DEKASTOP (sirop, 100 ml)
  3. GABA FORT PLUS (örtüklü tablet, № 60)
  4. MEDASED KIDS (oral məhlul, 150 ml)
  5. NEUROVİN (kapsullar, №30)
Koç İlaç Ltd Şti, Türkiyə 
  1. DEMİKALSİN / DEMICALCIN (tablet, №30)               
  2. DEMİKALSİN / DEMICALCIN (şərbət, 200ml)
  3. FERRIUS (damcı, 30 ml)
  4. K- Elixir (damcı, 30 ml)
  5. KIDAKTIVIT (şərbət, 120 ml)
  6. L- Elixir (damcı, 30 ml)
  7. SEDALİN FORTE (kapsul, №30)
  8. SPEKTRUM PRENATAL (tablet, №30)
GRİDA QSC, Litva
  1. EYFARİON (tab. No.30)
LOGUS PHARMA SRL, San-Marino
41. EKSTRAVENOZ (kapsul, №30)
S.İ.İ.T. SRL, İtaliya
          42. FLOGAR C toz, 4 g №14
Argis İlaç San ve Tic Ltd Şti, Türkiyə
  1. GLUKOFLEKS (saşe №30)
Medicure İlaç San ve Tic Ltd Şti, Türkiyə
  1. HARMA-L (damcı 30 ml)
Deva Ticaret, Türkiyə
  1. HELON FORTE (həb N30)
  2. LEOBİN-R (şərbət 100 ml)
  3. OTAS (qulaq damcısı, 15 ml)
  4. PELARGO (sirop, 100 ml)
  5. VERAZOL (şərbət, 100 ml №1)
  6. VERAZOL (tablet №28)
PJSC Vitaminy, Ukrayna
  1. İMPRATON (şərbət 130 q)
  2. MEFANAR (şərbət 130 q)
Zeyus Gida Takviyeleri Karışım Ürünleri, Türkiyə  
  1. LEVİTON (kapsul, №30)
OFİ, İtaliya
  1. NOCHE (damcı, 50 ml)
BİON Corporation Ltd, İngiltərə
  1. NONFLAT DROPS (damcı 30 ml)
Neutec İlaç San Tic A.Ş., Türkiyə
  1. OSTEOFUL/CALCİMAX- D3 (fışıldayan tablet N 30)
Amriya Pharmaceutical İndustrial, Misir
  1. PANCRİZİN (tablet №30)
Biodue SpA, İtaliya
  1. SİTOZİN FORTE (tablet No.20)
Evrensel Kozmetik Sanayi ve Tic A.Ş., Türkiyə
  1. SUDOREF (krem, 30q)
UNİCEM LABORATORİES LTD, Hindistan
  1. UNIENZYME (tablet, №20)
Krasota i Zdorovye, Ukrayna
  1. XAFİSAN (tablet, №30)