AEM Yaponiyanın Dərman vasitələri və Tibbi cihazlar üzrə Agentliyi (PMDA) ilə əməkdaşlığı genişləndirir.

2018-03-13

   Analitik Ekspertiza Mərkəzi tibb sahəsində bütün inkişaf tendensiyalarını izləməyə çalışır və buna nail olmaq üçün bir sıra İEÖ ilə əməkdaşlıq edərək təcrübə mübadiləsi aparmaqdadır. Həmin ölkələrdən biri Yaponiyadır. Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin mütəxəssisləri Yaponiyanın Dərman vasitələri və Tibbi cihazlar üzrə Agentliyinin (Pharmaceuticals and Medical Devices Agency of Japan(PMDA)) ofisində 2018-ci ildə ardıcıl olaraq təşkil olunan treninqlərində iştirak etmişdir. Əsasən 3 istiqamətdə nəzərdə tutulan treninqlər - "PMDA-ATC Tibbi cihazlar" (PMDA-ATC Medical Devices Seminar),  "PMDA-ATC Multi-Regional Kliniki Sınaqlar-2018" (PMDA-ATC Multi-Regional Clinical Trial (MRCT) Seminar 2018), “PMDA-ATC Farmakonəzarət üzrə Seminar 2018” mütəxəssislər üçün çox əhəmiyyətli olmuşdur. Seminarlar Dərman vasitələrinin və Tibbi cihazların tənzimlənməsi işləri üzrə Asiya Təlim Mərkəzi tərəfindən təşkil olunmuşdur. Seminar Asiya-Pasifik İqtisadi Əməkdaşlıq təşkilatı (APEC), Həyat Elmləri İnnovasiya Forumu, Mərkəzlər arasında Harmonizasiya üzrə rəhbərlik Komitəsi kimi təşkilatlar tərəfindən üzv ölkələrin  sahə üzrə təcrübə mübadiləsi məqsədi ilə təşkil olunur. APEC üzvi olmayan ölkələr də Seminarda iştirak edə bilərlər. Seminarlar yüksək səviyyədə ingilis  dilində təşkil olunmuşdur. Hər sahə üzrə mühüm müzakirələr aparılmış, məruzələr dinlənilmiş, prezentasiyalar təqdim olunmuş, iştirakçı dövlətlərin hər sahə üzrə yenilikləri paylaşılmışdır. 
   Hər üç seminarın sonunda mütəxəssislərə sertifikatlar təqdim olunmuşdur.