AEM Dərman vasitələrinin keyfiyyətinin yoxlanılması Laboratoriyasında təlim

2018-03-09

   Cari ildə Analitik Ekspertiza Mərkəzinin Dərman vasitələrinin keyfiyyətinin yoxlanılması Laboratoriyası yüksək dəqiqlik və həssaslığa malik yeni cihazlarla təmin olunmuşdur. Bu səbəbdən Türkiyədən beynəlxalq təcrübəyə malik mütəxəssis dəvət olunmuşdur və tərəfindən yeni cihazların istifadə üçün kvalifikasiyaları testləri edilərək laborator analizlərin aparılması üçün təhvil verilmişdir. Eyni zamanda Dərman vasitələrinin keyfiyyətinin yoxlanılması Laboratoriyasının işçilərinə sözügedən cihazlardan istifadə etmək və texniki qulluq mövzusunda ətraflı təlim keçirilmişdir. Sonda təlimdə iştirak edən mütəxəssislərə keçirilmiş mövzu ilə əlaqədar olaraq sertifikatlar təqdim edilmişdir.