Azərbaycan ÜST-ün Beynəlxalq Dərman Vasitələrinin Monitorinqi Programının 130-cu tam hüquqlu üzvü oldu.

2018-02-01

   Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dəstəyi və razılığı ilə Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının Beynəlxalq Dərman Vasitələrinin Monitorinqi proqramına qoşulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) milli farmakonəzarət mərkəzi olaraq təyin edilmişdir. AEM proqramın icrasına məsul olan Uppsala Drug Monitoring Mərkəzi ilə əlaqələr qurmuş və proqramın icrasına başlamışdır. 2017-ci ildə AEM-in Farmakonəzarət Sektoru fəaliyyətə başlamışdır. Sektor Proqramın icrası üçün tələb olunan normativləri yerinə yetirmişdir. AEM Milli Farmakonəzarət Mərkəzinin fəaliyyətində bütün tələblərin yerinə yetirilməsi üçün şərait yaratmışdır.  Ötən dövr ərzində Uppsala Drug Monitoring Mərkəzinin “Vigiflow” Programı alınmış, Azərbaycanda olan dərman vasitələrinin əlavə təsirlərinin proqram vasitəsilə Uppsala Drug Monitorinqin “Vigibase” - dünya dərman vasitələrinin əlavə təsirləri bazasına göndərilməsinə başlanılmışdır. Sektorun əməkdaşları sahə üzrə müvafiq beynəlxalq treninq kurslarda iştirak etmiş və təcrübələrini artırmışlar. 
   Bütün görülən işlərin nəticəsi olaraq, Azərbaycanın 2018-ci il yanvar ayının 23-də ÜST tərəfindən Beynəlxalq Dərman Vasitələrinin Monitorinqi Programının  130-cu tam hüquqlu üzvü olması təsdiq edilmişdir. AEM Azərbaycan Respublikasının Milli Farmakonəzarət Mərkəzi olaraq dərman vasitələrinin təhlükəsizliyi və effektivliyi üçün tələb olunan bütün işləri icra edir və sahə üzrə beynəlxalq əməkdaşlığını genişləndirir. Bununla yanaşı beynəlxalq tələbləri nəzərə alaraq Səhiyyə Nazirliyi tərəfindən Farmokonəzarət işlərinin icrası üçün Azərbaycan Respublikasının Dərman vasitələri haqqında qanuna müvafiq dəyişikliklərin edilməsi üçün təklifləri Azərbaycan Respublikası Milli Məclisinin Səhiyyə Komitəsinə göndərilmişdir.