AEM-in əməkdaşları “Uppsala Monitoring Center”in onlayn treyninqini dəyərləndirib

2017-12-26

   2017-ci ilin oktyabr-dekabr aylarında Uppsala Monitoring Center tərəfindən “Siqnalın aşkarlanması və səbəbinin qiymətləndirilməsi” mövzusunda onlayn keçirilən Beynəlxalq Farmakonəzarət kurs-treyninq təşkil olunmuşdur. AEM-in Farmakonəzarət sektorunun əməkdaşları onlayn kurs-treyninqdə iştirak etmişdirlər. Bu formatda təşkil olunmuş kurslar Beynəlxalq Farmakonəzarət sferası üzrə məlumat mübadiləsi üçün böyük bir addım hesab edilir. UMC onlayn-kursu təşkil etməklə Beynəlxalq Farmakonəzarət üzrə kursları bitirmək və bu sahənin özəlliklərini öyrənmək istəyənlərə bu imkanı dünyanın istənilən yerində əlçatan edir. Kurs dərsliklərə uyğun modullara bölünür və mikro tədris yanaşması izlənilir. İlk dərslər siqnalın aşkarlanması və səbəbin qiymətləndirilməsi mövzusundadır. Bu dərslər xüsusi ilə ÜST-ün Beynəlxalq Dərman Nəzarəti Proqramı üzrə milli farmakonəzarət mərkəzlərinin işçiləri üçün faydalıdır. Onlayn kurs-treyninqdə siqnalın aşkarlanmasına giriş, fərdi təhlükəsizlik hesabatlarının səbəbinin qiymətləndirilməsi, hadisə seriyalarının səbəbinin qiymətləndirilməsi və siqnalın qiymətləndirilməsi mövzuları təqdim olunmuşdur. Kurs-treyninq yüksək səviyyədə ingilis dilində onlayn təşkil olunmuşdur. Treyninqin sonunda kursu bitirən iştirakçılara kurs-treyninqin Beynəlxalq sertifikatı təqdim olunmuşdur.