AEM-də ulu öndər Heydər Əliyevin xatirəsi yad edildi

2017-12-12

   Bugün Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzində Azərbaycan xalqının ümummilli lideri, dahi şəxsiyyət, tarixdə özünə məxsus iz qoyan lider Heydər Əliyevin xatirəsi ehtiramla yad edilib.
   Bununla əlaqədar olaraq Mərkəzin akt zalında toplaşan Analitik Ekspertiza Mərkəzinin əməkdaşları bir dəqiqəlik sükutla unudulmaz lider Heydər Əliyevin ruhunu yad etmiş, rəhmət diləmişlər. Daha sonra mərhum prezidentimiz ulu öndər Heydər Əliyevin Azərbaycan Respublikasının müstəqilliyi, təhlükəsizliyi və inkişafı uğrunda atdığı mühüm, həlledici addımlarını əks etdirən sənədli filmə baxmışdılar.
   Azərbaycan xalqı xoşbəxtdir ki, ona Heydər Əliyev kimi müdrik siyasi xadim rəhbərlik edib. Bu sözlər dünyanın bir sıra dövlət başçılarının dilindən dəfələrlə səslənib. Bu, bir həqiqətdir. Məhz bu dahi insanın səyi nəticəsində Azərbaycan dönməz müstəqilliyə, inkişafa, tərəqqiyə qədəm qoymuşdur. 1993-cü il iyun ayının 9-da Heydər Əliyevin Azərbaycana qayıdışı Azərbaycan xalqının taleyində önəmli rol oynamışdır. Heydər Əliyevin həmin dövrdə Azərbaycana qayıdışı olamasaydı, müstəqillik, firavanlıq - bunların heç biri olmayacaqdı. Heydər Əliyev prezidentliyə başladığı ilk gündən etibarən Azərbaycanda  müstəqillik, iqtisadi yüksəliş, azadlıq, elmi tərəqqi dövrü başlamışdır. O, bütün həyatını doğma xalqına sərf edən, milli dövlətçiliyin əsasını qoyan dahi lider idi. 

Heydər Əliyevin əziz xatirəsi daim Azərbaycan xalqının qəlbindədir. 
Allah rəhmət eləsin!