Yaponiya rəsmiləri Analitik Ekspertiza Mərkəzində qonaq olmuşdur

2017-11-29

27.11-02.12 2017-ci il tarixlərində Yaponiyanın rəsmi nümayəndələri Azərbaycanda səfərdədirlər. Artıq 2 dəfə respublikamıza səfər edən və Analitik Ekspertiza Mərkəzində GMP mövzusunda seminarlar təşkil edən JGC (Japan Gasoline Co.) şirkətinin nümayəndələri bu dəfə Yaponiyanın hökumət adamları ilə təşrif buyurublar. Yaponiyanın Azərbaycan Respublikasındakı səlahiyyətli səfiri Teruyuki Katorinin xanımı və Yaponiyanın Səhiyyə, Əmək və Rifah Nazirliyinin eləcə də Yaponiyanın aparıcı dərman şirkətlərinin nümayəndələri də respublikamıza qonaq qismində səfər ediblər. Səfər çərçivəsində Azərbaycan Respubliksının Səhiyyə Nazirliyinin bir sıra vəzifəli şəxsləri ilə görüşlər həyata keçirilmişdir. Yaponiyanın rəsmi nümayəndələri ilə görüşün gələcəkdə Səhiyyə Nazirliyinin beynəlxalq əlaqələrinin daha da gücləndirilməsinə, eləcə də tibb sahəsinə töhfe verə biləcəyini nəzərə alsaq görüşün reallaşdırılması mühüm əhəmiyyətə malikdir. Həmçinin gələcəkdə müvafiq qurumlarımız arasında Qarşılıqlı əməkdaşlıq və anlaşma Memorandumunun imzalanmasında mühüm bir addımdır.
Səfər yalnız rəsmilərlə görüş xarakteri daşımayıb. Yaponiyanın Azərbaycandakı səlahiyyətli səfiri Teruyuki Katorinin xanımı Dr. Noriko Katori və JGC şirkətinin nümayəndəsi Dr. Masatoshi Takemata tərəfindən Analitik Ekspertiza Mərkəzinin əməkdaşları üçün Seminarlar təşkil olunmuşdur, qarşılıqlı müzakirələr aparılmışdır.