AEM Avropa Farmakopeyası Komissiyasının 159-cü sessiyasında ölkəmizi təmsil etdi

2017-11-27

21-22 noyabr 2017-cı il tarixlərində Fransanın Strasburq şəhərində Avropa Farmakopeyası Komissiyasının 159-cü sessiyası (159th European Pharmacopoeia Comission Session) keçirilmişdir. Azərbaycan Avropa Farmakopeyası Komissiyasının müşahidəçi üzvü olduğu üçün Analitik Ekspertiza Mərkəzinin əməkdaşı həmin Sessiyada iştirak etmişdir. Görüş Avropa Şurasının Dərmanların keyfiyyəti və sağlamlıq üzrə Avropa Direktoratlığı tərəfindən təşkil olunmuşdur. Mühazirələr Dərmanların keyfiyyəti və sağlamlıq üzrə Avropa Direktoratlığının direktoru Dr Susanne Keitel, Avropa Farmakopeyası Şöbəsinin Müdiri Cathie Vielle və digər mütəxəssislər tərəfindən aparılmışdır. 
40-a qədər ölkənin təxminən 110 nümayəndəsinin iştirak etdiyi Sessiyada Avropa Farmakopeyası məqalələrində edilmiş dəyişikliklərin təftiş edilməsi və təsdiqi,  Avropa Farmakopeyası Sertifikatının (AFS) faydaları muzakirə edilmişdir. Bütün bu proqram üzrə qruplar yaradılmış və qrup rəhbərləri qrupun işi haqqında məlumat verərək mövcud olan problemləri müşahidəçilərlə əməkdaşlıq şəraitində müzakirə etmişdir.