Ukrayna - Azerbaycan Memorandum

2017-10-04

Analitik Ekspertiza Mərkəzi daha bir Memoranduma imza atdı.
 
MDB məkanında Azərbaycanın əsas strateji müttəfiqlərindən biri Ukrayna Respublikasıdır. Azərbaycanla Ukrayna arasındakı strateji müttəfiqlik münasibətləri durmadan möhkəmlənir və genişlənir. Qeyd edək ki, Ukrayna ilə Azərbaycan arasında diplomatik münasibətlər 31 yanvar 1992-ci ildə qurulub. 
Dövlətlərarası münasibətlərin daha da dərinləşdirilməsi üçün geniş imkanlar mövcuddur. İkitərəfli əlaqələrin dinamizminə hökumət səviyyəsində qarşılıqlı təmaslarla yanaşı, hər iki ölkənin müvafiq qurumları arasında əldə olunmuş razılaşmalar da mühüm təsir göstərməkdədir. Bu xüsusda Analitik Ekspertiza Mərkəzi dövlət qurumu olaraq nəinki ölkə daxilində eləcə də ölkə xaricində də səlahiyyətli olduğu sahənın inkişafı üçün digər dövlətlərlə əlaqələrin qurulmasında, qarşılıqlı təcrübə mübadiləsi sahəsində mühüm addımlar atır ki, bu addımlardan biri də Ukrayna Respublikası ilə məhz əczaçılıq sektorunda əlaqələrin möhkəmləndirilməsi və effektiv inkişafıdır. Artıq Belarus Respublikası və Qazaxıstan Respublikalarının müvafiq qurumları ilə qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında Memorandum imzalayan Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi Ukrayna Respublikasının Səhiyyə Nazirliyinin Dövlət Ekspertiza Mərkəzi ilə də əvvəlcədən aparılan danışıqlar və razılaşmaya əsasən qarşılıqlı anlaşma və əməkdaşlıq Memorandumu imzalamağa nail oldu. Azərbaycan-Ukrayna arasında əczaçılıq sektorunda davam edən əməkdaşlıq qarşıdakı illərdə daha da güclənəcək və ölkələrimizin sosial-iqtisadi yüksəlişinə təkan verəcəkdir.