25 SENTYABR BEYNƏLXALQ ƏCZAÇI GÜNÜ!

2017-09-25

Beynəlxalq  Əczaçı Günü 2009-cu ilin 25 sentyabr tarixində Beynəlxalq Əczaçılıq Federasiyası (International Pharmaceutical Federation)  tərəfindən hər il İstanbulda keçirilən Konqresdə təsis edilmişdir. 
Belə ki, Federasiya tərəfindən izah edildiyi kimi, dərmanı xəstə əldə edənə qədər bütün mərhələlərində bir eczacı müşayiət edir. Bu mütəxəssisin işi dərman vasitələrinin məsuliyyətli istifadəsinin qarantıdır. Hər gün dünyanın hər yerində 3 milyon farmasiya elminin və praktikasının nümayəndəsi dərman vasitələrinin təhlükəsiz, effektiv və səmərəli istifadəsi məqsədilə xəstələrlə qarşılıqlı ünsiyyətdədir. Əhalinin təhlükəsiz dərman vasitələri ilə təmin edilməsi müasir dövrdə ən aktual məsələlərdən biridir. Statistika onu göstərir ki, dərman vasitələrinin təhlükəsizliyi problemi artıq milli problem hüdudlarından çıxaraq qlobal problemə çevrilmişdir. 
Beynəlxalq Əczaçılıq Federasiyasının prezidentinin sözlərinə görə Beynəlxalq Əczaçı Günü qeyd edilməsi, cəmiyyətdəki səhiyyə sistemində eczaçıların əhəmiyyətini bilmək üçün yaxşı bir fürsətdir və maarifləndirici istiqamətdir. Qeyd edək ki, bu gün hər il bir lozunq altında qeyd olunur.
Fürsətdən istifadə edib bütün eczçılarımızı təbrik edirik! Onlara bu şərəfli və məsuliyyətli peşə yolunda uğurlar arzu edirik !!!