AEM-in əməkdaşlarının təkmilləşmə fəaliyyəti davam edir

2017-08-08

AEM-in əməkdaşı PIC/S-in seminarında iştirak etmişdir
Cari ilin 31 iyul – 4 avqust tarixlərində Yaponiyanın Yamaquçi prefekturasının Hikari şəhərində PIC/S-in (Pharmaceutical Inspection Cooperation Scheme - Əczaçılıq Müfəttişliyi üzrə Beynəlxalq Əməkdaşlıq Sistemi) dəstəyi ilə PMDA (Pharmaceuticals and Medical Devices Agency – Dərman və Tibb Vasitələri Agentliyi) tərəfindən GMP (Good Manufacturing Practice – Etibarlı İstehsalat Praktikası) müfəttişlərinin 2017-ci il üçün planlaşdırılan seminarı keçirilmişdir. Dünyanın 13 müxtəlif ölkələsinin əczaçılıq sahəsində tənzimləyici qurumlarının GMP üzrə mütəxəssislərinin iştirak etdiyi, Yaponiyanın, eləcə də dünyanın dərman vasitələrinin istehsalı sahəsində ən nüfuzlu şirkətlərindən olan Takedanın Hikari şəhərində yerləşən istehsalat sahəsinin bazasında təşkil olunmuş seminarda ölkəmizi Analitik Ekspertiza Mərkəzinin əməkdaşı təmsil etmişdir. Seminarda PIC/S-in və PMDA-nın GMP ekspertləri tərəfindən mühazirələr oxunmuş, praktiki məşğələlər keçirilmiş və ekspertlərin müşayiəti ilə iştirakçılar tərəfindən Takeda zavodunun istehsal sahələrinin birinin GMP təftişi aparılmışdır. Sözügedən seminarın əsas məqsədi GMP sahəsində olan son yeniliklərin, xüsusilə də riskləri nəzərə alaraq GMP təftişin həyata keçirilmə qaydalarının iştirakçıların nəzərinə çatdırılması idi. Ümumilikdə 5 gün davam edən seminarın sonunda praktiki sınaq keçirilmiş və iştirakçılara sertifikatlar verilmişdir.