Uppsala şəhərində təşkil olunmuş treninqdə AEM-in mütəxəssisi iştirak etmişdir

2017-06-20

   2017-ci ilin 08-19 may tarixində İsveçin Uppsala şəhərində Uppsala Monitoring Centre tərəfindən “Farmakonəzarət – Dərman vasitələrinin əlavə təsirləri və digər əlaqədar problemlərin öyrənilməsi” mövzusunda keçirilmiş 19-cu Beynəlxalq Farmakonəzarət kurs-treninqi təşkil olunmuşdur. Həmin treninqdə Analitik Ekspertiza Mərkəzinin mütəxəssisi iştirak etmişdir. 
   Kurs-treninqdə Dərman vasitələrinin əlavə təsirlərinə giriş - spontan əlavə təsirlərin bildirilməsi, Məlumatların idarə olunması, Analiz alətləri və farmakonəzarət üsulları, Medikamentoz müalicə səhvləri, Bitki tərkibli dərman vasitələrinin farmakonəzarəti, Siqnalın aşkarlanması və Səbəbin qiymətləndiriməsi vaksinlər daxil olmaqla, Farmakonəzarətdə əlaqələr və Farmakoepidemiologiya mövzularına baxılmışdır. 
   Beynəlxalq kurs-treninqdə müxtəlif ölkələrdən olan 30-a yaxın nümayəndə iştirak etmişdir. Həmçinin Ümumdünya Səhiyyə Təşkilatından nümayəndələr, universitet və elmi tədqiqat klinikalarından professorlar və digər qonaqlar iştirak etmişdir.
   Kurs-treninq yüksək səviyyədə ingilis  dilində təşkil olunmuşdu. Tədbirin ilk günü 08 may 2017-ci il tarixində kurs-treninqin rəsmi açılış mərasimi təşkil olunmuşdur. Daha sonrakı günlərdə müvafiq mövzulara dair dərslər və məruzələr yüksək səviyyədə keçirilmiş, əlavə təsir  haqqında   bildiriş kartında məlumatın   ötürülmə  yolları geniş, əhatəli  və düzgün olaraq Azərbaycanın Əlavə Təsir haqqında Bildiriş Kartında göstərildiyi vurğulanmış və kartımız nümunə olaraq göstərilmişdır.
   Mütəxəssimizin digər ölkələrin nümayəndələri ilə əlaqələrin qurulması və təcrübə mübadiləsi baxımından da kurs-treninqin əhəmiyyətini qeyd etmək lazımdır.
   Kurs-treninqin sonunda iştirakçılara bir çox materiallar, kitablar, həmçinin Uppsala Monitoring Centre-nin direktoru Dr.M.Lindquist tərəfindən kurs-treninqin Beynəlxalq sertifikatı təqdim olunmuşdur.