Səhiyyə İşçiləri Günü

2017-06-16

   Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Nizamnaməsində sağlamlıq insanın ən əsas hüquqlarından hesab edilir. Azərbaycanda tibbin inkişafı daha çox XX əsrlə bağlıdır. Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan sonra onun həyata keçirdiyi sosial-mədəni tədbirlərdən biri də sağlamlığı mühafizə ilə bağlı idi. Bununla əlaqədar olaraq Nazirlər Şurasının 17 iyun 1918-ci il tarixli sərəncamı ilə Səhiyyə Nazirliyi təşkil olundu.
   Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 4 iyun 2001-ci il tarixli sərəncamına əsasən 17 iyun Səhiyyə İşçiləri Günü kimi qeyd olunur.
   Analitik Ekspertiza Mərkəzinin rəhbərliyi və kollektivi bütün tibb işçilərini 17 iyun Tibb işçilərinin peşə bayramı günü münasibəti ilə  ürəkdən təbrik edir, çətin və fədakar fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq!