Iqtisadi Əməkdaşlıq Təşkilatının “Good Manufacturing Practice” təlimində AEM əməkdaşı iştirak edib

2017-05-26

10-11.05.2017-ci il tarixlərində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO-The Economic Cooperation Organization) təşəbbüsü ilə İran İslam Respublikasının Tehran şəhərində “Good Manufacturing Practice (GMP)” mövzusunda təlim keçirilmişdir. Təlimdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin baş-mütəxəssisi  Şükürov Çingiz Yavər oğlu iştirak etmişdir. Təlim Əczaçılıq keyfiyyət sistemi, Əczaçılıq keyfiyyəti sistemində riskin idarə edilməsi, dərman vasitələrinin istehsalında keyfiyyətə nəzarət laboratoriyalarının yoxlanması, təmizlənmiş və inyeksiya üçün suyun hazırlanmasının validasiyası, dərman vasitələrinin istehsalında təmiz zonalarda (Grade A,B,C and D) istilik və havalandırma sisteminin validasiyası (Clean room validation), keyfiyyət laboratoriyalarında spesifikasiyadan kənar hallar (OOS, OOT, MDD)  və bir sıra GMP tələblərə dair mövzuları əhatə etmişdir. Təlimdə, həmçinin, Pakistan, Qırğızıstan və Əfqanıstan ölkələrinin aparıcı mütəxəssisləri iştirak etmişdir. Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim edilmişdir.