AEM-in mütəxəssisləri Ukraynada treninq keçmişdir

2017-05-26

Analitik Ekspertiza Mərkəzinin rəhbərliyi daim əməkdaşların professional təkmilləşməsini dəstəkləyir və bu istiqamətdə onlara yardımını əsirgəmir.

06-07.03.2017-ci il tarixində Ukraynanın Kiyev şəhərində “Actual GMP Requirements” mövzusunda təlim keçirilmişdir. Təlimdə Azərbaycan Respublikası Səniyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin 6 mütəxəssisi (Əfəndiyev Rauf, Qurbanov Həmid, Hacıbalayev Polad, Şükürov Çingiz, Atakişiyeva Lalə və Muxtarova Nuray) iştirak etmişdir. Təlim steril dərman vasitələrinin istehsalı, dərman vasitələrinin istehsalında və keyfiyyətinə nəzarətdə statistik metodlar, risk analizi və bir sıra GMP tələblərə dair mövzuları əhatə etmişdir. Təlim Ukrayna Milli Əczaçılıq Universitetinin professoru, Avropa Birliyinin ekspertləri tərəfindən sertifikatlaşdırılmış, Yuri Podprujnikov tərəfindən keçirilmişdir. Təlimin sonunda iştirakçılar testlə imtahan edilmişdir. Analitik Ekspertiza Mərkəzinin mütəxəssisləri imtahandan uğurlu nəticələr qazanaraq, müvəffəqiyyət sertifikatları əldə etmişdilər.