Analitik Ekspertiza Mərkəzində Xocalı faciəsi anıldı

2017-05-26

Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur. Azərbaycanın ümummilli lideri Heydər Əliyev Xocalı soyqırmının on illiyiyi münasibətilə Azərbaycan xalqına müraciətində qeyd etmişdir: "Bu amansız və qəddar soyqırım aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu".

Artıq Xocalı Faciəsindən 25 il keçir. Bu tarix Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzində də ehtiramla yad edildi. Əməkdaşların professional inkişafı ilə yanaşı onlarda vətənpərvərlik və dövlətçilik ruhunun aşılanması rəhbərliyin daim nəzarətindədir. Fevral ayının 24-də gün əməkdaşlar Mərkəzin akt zalına toplaşmış, Xocalı faciəsində həlak olmuş insanların xatirəsi 1 dəqiqəlik sükütla yad edilmişdir. Daha sonra həmin qanlı tarixi - Xocalı faciəsini əks etdirən sənədli film nümayiş olunmuşdur.