ELAN

2017-05-25

Analitik Eksperiza Mərkəzi 2017-ci ilin aprel-may aylarında “Səhiyyə sisteminin idarə olunması” adlı təlim təşkil edir. Təlimdə iştirak etmək üçün qeydiyyat 2017-ci ilin fevral ayının 27-dən mart ayının 15-nə qədər Analitik Ekspertiza Mərkəzində aparılacaqdır.

Təlimlərdə iştirak etmək istəyən şəxslər və ya kollektivlər təqdim olunan ərizə formasını doldurmalı və e.akberova@pharma.az elektron ünvanına göndərməlidir. Doldurulmuş ərizələr Analitik Ekspertiza Mərkəzinə şəxsən təqdim edilə bilər. Müraciət edənlər tam təlim kursu və ya ayrı-ayrı təlim mövzuları üzrə təlimdə iştirak edə bilərlər. Təlimlər başa çatdıqdan sonra təlim iştirakçılarına sertifikatlar təqdim ediləcək.

Təlimdə iştirak ödənişlidir.

Təlimlər haqqında əlavə məlumatları +99412 596-05-20 (daxili-112) və ya (+99450 246-93-64) telefon nömrələrinə müraciət etməklə əldə edə bilərsiniz.

 

 

Təlim bloku

Təlim mövzusu

 

 

 

 

Səhiyyə sisteminin idarə olunması üzrə təlim

SƏHİYYƏ SİSTEMİ VƏ SƏHİYYƏNİN TƏŞKİLİ: ANLAYIŞLAR VƏ BEYNƏLXALQ TƏCRÜBƏ

SƏHİYYƏ SİYASƏTİ: ƏSAS ANLAYIŞLAR, SİYASƏTİN FORMALAŞDIRILMASI VƏ TƏHLİLİ

SƏHİYYƏNİN İQTİSADİYYATI

SƏHİYYƏ SİSTEMİNİN MALİYYƏLƏŞDİRİLMƏSİ

SƏHİYYƏ SİSTEMİNDƏ KADR POTENSİALININ GÜCLƏNDİRİLMƏSİ: KADR RESURSLARININ STRATEJİ PLANLAŞDIRILMASI

SƏHİYYƏDƏ KEYFİYYƏTİN TƏMİN OLUNMASI: KEYFİYYƏTİN YÜKSƏLDİLMƏSİ STRATEGİYASININ QURULMASI

SƏHİYYƏDƏ İNFORMASİYA TEXNOLOGİYALARININ TƏTBİQİ

 

 

 

Tibb müəssisələrinin idarə olunması üzrə təlim

TİBB MÜƏSSİSƏLƏRİNİN STRATEJİ İDARƏ EDİLMƏSİ

TİBB MÜƏSSİSƏSİNİN TƏŞKİLİ VƏ KOMMUNİKASIYA

SƏHİYYƏDƏ LİDERLİK VƏ İDARƏETMƏ

TİBB MÜƏSSİSƏSİNİN MALİYYƏLƏŞDİRİLMƏSİ

TİBB MÜƏSSİSƏSİNDƏ KADR RESURSLARININ STRATEJİ İDARƏ EDİLMƏSİ

TİBBİ XİDMƏTLƏRİN KEYFİYYƏTİNİN YÜKSƏLDİLMƏSİ

Tibb müəssisələrindəinfeksiyaya nəzarəttədbirləri

TIBBİ VASİTƏLƏRIN STERILIZASIYA QAYDALARI. STERILIZASIYA PROSESLƏRINƏ NƏZARƏTINTƏŞKİLİ VƏ KEYFIYYƏTIN TƏMIN OLUNMASI

İNFEKSİYAYA NƏZARƏT TƏDBİRLƏRİ - MÜHƏNDİS TƏDBİRLƏRİNİN ƏSASLARI. FƏRDİ MÜDAFİƏQAYDALARI

Dərman vasitələrindən rasional istifadə

STASİONAR TİPLİ TİBB MÜƏSSİSƏLƏRİNDƏ DƏRMAN VASİTƏLƏRİNDƏN RASİONAL İSTİFADƏ

ANTİBİOTİKLƏRDƏN SƏMƏRƏLİ İSTİFADƏ OLUNMASI

Dərman vasitələrinin təbliği

DƏRMAN VASITƏLƏRININ TƏBLIĞATININ AZƏRBAYCAN RESPUBLIKASININ QANUNLARINAUYĞUNLAŞDIRILMASI