"İstehsalat prosesinə statistik nəzarət – validasiya prosesinin əsas amilləri"

2017-01-17

Analitik Ekspertiza Mərkəzinin nümayəndəsi
"İstehsalat prosesinə statistik nəzarət –
validasiya prosesinin əsas amilləri"
adlı seminarda iştirak etdi
 
 
Analitik Ekspertiza Mərkəzinin Laborator Tədqiqatlar şöbəsinin mütəxəssisi 18-19 fevral 2016-cı il tarixlərində Almaniyanın Haydelberg şəhərində “European Compliance Academy” şirkəti tərəfindən təşkil olunmuş “Statistical Process Control – a key tool for process understanding in the process validation life cycle” adlı seminarda iştirak etmişdir. 
 
Seminarda dinlənilən mühazirələr Sven Pommeranz – CONCEPT HEIDELBERG-in layihə meneceri və validasiya üzrə mütəxəssis, İngolf Stükrat – “Sanofi Aventis” şirkətində insulin istehsalı üzrə məsul şəxs, Sven Vedemeyer – “Merck KgaA” şirkətinin əməliyyatının təkmilləşdirmə qrupunun üzvü tərəfindən söylənilmişdir.Seminarda “Alti Sigma haqqında məlumat” ,  “Prosesin inkişafı məqsədi ilə nəzarət sxeminin oxunması”, “Prosesin dözümlülüyü – prosesin qiymətləndirmə üsulu”, “Statistika kompüter proqramı və nəzarət sxemlərinin avtomatik yaranması”, “Davam edən Prosesin Verifikasiyanın aparılmasında Prosesin Statistik Nəzarətinin tətbiqi” və digər əczaçılıq  istehsalatına dair aktual mövzular öz əksini tapmışdılar.