Dərman vasitələrinin ekspertizasının aparılması Qaydası

2020-01-08

   “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 18 may tarixli 1150-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 iyun tarixli 157 nömrəli Fərmanının 1.1.2-ci yarımbəndinin  icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25 dekabr 2019-cu il, № 502 qərarı ilə “Dərman vasitələrinin ekspertizasının aparılması Qaydası” təsdiq edilmişdir.
   Qayda “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 6.1-2-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və dərman vasitələrinin dövlət qeydiyyatı və onların keyfiyyətinə nəzarət məqsədilə Azərbaycan Respublikası ərazisinə idxalı zamanı, habelə dövlət orqanlarının və fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında dərman vasitələrinin ekspertizasının aparılması qaydasını tənzimləyir. Qayda dərman maddələrinə, təsiredici maddələrə, substansiyalara (bundan sonra – aktiv əczaçılıq inqrediyentlərinə), hazır dərman vasitələrinə, qablaşdırılmamış dərman vasitələrinə, tibbi immunobioloji preparatlara şamil olunur. Qayda dərman maddələrinə, təsiredici maddələrə, substansiyalara (bundan sonra – aktiv əczaçılıq inqrediyentlərinə), hazır dərman vasitələrinə, qablaşdırılmamış dərman vasitələrinə, tibbi immunobioloji preparatlara şamil olunur.
   Dərman vasitələrinin ekspertizasının aparılması qaydasının qeydiyyat qaydalarından ayrılıqda olması bu sahədəki qeyri-müəyyənliyin aradan qaldırılmasına şərait yaradacaqdır. Əhalinin sağlamlığı və təhlükəsizliyinin təmin edilməsi məqsədilə şirkətlərin və Qurum əməkdaşlarının görməli olduğu, əməl etmələri istənilən tələblər konkretləşəcəyindən istər qeydiyyat zamanı istərsə də digər hallarda baş verən problemlərin aradan qaldırılmasını mümkün edəcəkdir.
   “Dərman vasitələri haqqında” qanunda nəzərdə tutulmuş dərman vasitələrinin ekspertizasının hansı qaydada həyata keçirilməsinin müəyyən edilməsi və bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi və mövcud boşluqların aradan qaldırılmasına səbəb olacaqdır. https://cabmin.gov.az/az/document/4160/ - linkə keçid.