Tibb Universitetinin rəhbərliyindən AEM-ə təşəkkür məktubu

2019-12-28

   Gənclərə dəstək Analitik Ekspertiza Mərkəzinin rəhbərliyinin daim prioritet məqsədlərindən biri olmuşdur. Mütəmadi olaraq gənc kadrlar təlimlərə, elmi konfranslara, simpoziumlara cəlb edilir, onların müasir inkişaf tendesiyalarından bəhrələnmələri üçün şərait yaradılır. Bu fəaliyyətin nəticəsidir ki, AEM-in bir çox əməkdaşı gənc olmasına baxmayaraq, artıq bir çox beynəlxalq səviyyəli təşkilatların mühüm tədbirlərində iştirak edərək respublikamızı əczaçılıq sahəsində layiqli təmsil edirlər.
   Gənclərə dəstək siyasətinin bir nümunəsi də Mərkəzdə Azərbaycan Tibb Universitetinin müəllimlərinin və aspirantlarının elmi-tədqiqat işlərinin aparılması və tələbələrin Əczaçılıq kimyası fənni üzrə istehsalat təcrübəsi məşğələlərinin keçməsi üçün lazımi şəraitin yaradılmasıdır. Bu fəaliyyəti diqqətdən kənar qoymayan Tibb Universitetinin rəhbərliyi, AEM rəhbərliyinə təşəkkür məktubu ünvanlamışdır. İnanırıq ki, əczaçı kadrların peşə hazırlığı istiqamətində atılan addımlar gələcəkdə öz bəhrəsini verəcəkdir və Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi publik hüquqi şəxsi bu sahədə əlindən gələn köməyi əsirgəməyəcəkdir.