Farmakonəzarət lüğəti


Əlavə təsir/şübhəli əlavə təsir: dərman vasitəsinin istifadəsi təlimatında göstərilmiş dozada istifadə edilməsi zamanı insan orqanizminin gözlənilməz mənfi reaksiyası.
Gözlənilməyən əlavə təsir: Dərman vasitəsinin istifadəsi təlimatında qeyd edilməyən əlavə təsir.
Ciddi əlavə təsir: ölümə gətirib çıxaran, insan həyatını təhlükə altına qoyan, xəstəxanaya yerləşdirməyə və ya xəstəxanada qalma müddətini uzatmağa vadar edən, uzun müddət ərzində əmək qabiliyyətinin itirilməsinə və ya əlilliyə gətirib çıxaran və ya anadangəlmə inkişaf anomaliyasına və ya qüsura səbəb olan hər hansı mənfi reaksiya
Farmakonəzarət : dərman vasitələrinin əlavə təsirlərinin və dərman vasitələri ilə əlaqəli digər problemlərin aşkarlanması, qiymətləndirilməsi, anlaşılması və qarşısının alınması istiqamətində aparılan fəaliyyət və elmi tədqiqatlar
Risk: Pasiyentin sağlamlığı və əhalinin sağlamlığı baxımından dərman vasitəsinin keyfiyyəti, təhlükəsizliyi və effektivliyi ilə əlaqədar arzuedilməyən hər növ risk.
Tibb işçisi: Dərman vasitəsinin şübhəli əlavə təsirlərini bildirən; həkim,feldşer, əczaçı, diş həkimi və ya tibb bacısı.
Siqnal: Müşahidələr və tədqiqatlar da daxil olmaqla  bir və ya birdən çox mənbədən alınan, bir müdaxilə ilə bir və ya birdən çox hadisə arasında müsbət ya da mənfi ehtimallı yeni bir səbəb-nəticə əlaqəsinin olduğu  ya da məlum olan bir səbəb-nəticə əlaqəsinin yeni bir ölçü qazandığını düşündürən və təsdiq edilməsi üçün  icra fəaliyyəti tələb edən məlumatlar.
AEM: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi- Azərbaycan Respublikasının Milli Farmakonəzarət Mərkəzi olaraq təyin edilmişdir.
Bildiriş kartı: Tək bir xəstədə müəyyən bir vaxtda müəyyən edilmiş bir dərman vasitəsinə qarşı yaranan bir və ya bidən çox şübhəli əlavə təsirləri bildirərkən istifadə edilən forma. 
Pasiyent: Şübhəli əlavə təsiri yaşayan şəxs.
Fayda/risk nisbəti: Bir dərman vasitəsinin müalicəvi təsirlərinin, pasiyentlərin sağlamlığı ya da əhalinin sağlamlığı baxımından dərman vasitəsinin keyfiyyəti, təhlükəsizliyi və effektivliyi ilə əlaqədar riskləri nəzərə alınaraq birlikdə qiymətləndirilməsi.