Pasiyentlər üçün məlumatlar


  1. Dərman vasitəsi ilə əlaqədar olan bir əlavə təsirdən şübhələnirsiniz?
  2. Dərman vasitənizin məlum olan əlavə təsirləri və nə edilməsinin tövsiyə olunduğu mövzusunda məlumat almaq üçün dərman vasitəsinin qutusunda olan İstifadə Təlimatını oxuyun.
  3. Şikayətlərinizi həkim və ya əczaçıya bildirin. Əgər ciddi olduğunu düşündüyünüz və ya istifadə təlimatında ciddi olaraq göstərilən bir əlavə təsiri özünüzdə müşahidə edirsinizsə təcili olaraq həkimə gedin!
  4. Dərman vasitələrinin daha təhlükəsiz istifadəsində köməkçi olmaq üçün yaşadığınız bu əlavə təsiri AEM-ə bildirin.
Gözlənilməyən - yəni dərman vasitəsinin İstifadə Təlimatında göstərilməyən əlavə təsirlərin bildirilməsinin xüsusilə vacib olduğunu unutmayın!!!
 
Dərman vasitələrinin əlavə təsirlərinin bildirilməsi nə üçün lazımdır?
Hər bir dərman vasitəsinin istənilməyən bəzi əlavə təsirləri yarana bilər. Bir çox əlavə təsilər yüngül olarkən bəziləri ciddi ola bilər. Dərman vasitələri qeydiyyata alınıb istifadə üçün bazara çıxmamışdan əvvəl əhatəli klinik tədqiqatlar ilə test edilirlər. Ancaq dərman vasitəsinin geniş olaraq və ya uzun müddətli istifadəsində yaranacaq əlavə təsirlərdən bəziləri aşkarlanmamış ola bilər. Buna görə də qarşılaşdığınız dərman vasitələrinin əlavə təsirlərini bildirməyiniz əvvəllər bilinməyən əlavə təsirlərin və dərman vasitəsi ilə əlaqədar digər problemlərin aşkarlanmasında və lazımlı tədbirlərin görülməsində böyük əhəmiyyət daşıyır.
Əgər bir dərman vasitəsinin yeni bir əlavə təsiri aşkarlanırsa, Azərbaycan Milli Farmakonəzarət Mərkəzi – AEM bu dərman vasitəsinin təhlükəsiz şəkildə istifadə olunması məqsədilə, pasiyentlər üçün riski ən az səviyyəyə endirmək üçün tədbirlər görür.
 
Necə bildiriş edə bilərəm?
Əlavə təsiri bildirdiyiniz zaman hərhansı bir tibbi məsləhət verilmir. Həkim və ya əczaçıya müraciət etməyiniz xahiş olunur!
  1. DƏRMAN VASİTƏSİNİN ƏLAVƏ TƏSİRİ HAQQINDA BİLDİRİŞ KARTI-nı (Pasiyentlər üçün) dolduraraq mərkəzimizə poçt, email və ya faks yolu ilə göndərə bilərsiniz. Bildiriş kartını bildiriş kartları bölməsindən yükləyə bilərsiniz.
  2. (99412) 596 05 20  \ daxili 169 və ya (99412) 596 07 20 nömrəli telefonlara 09:00 -18:00  saatları arasında zəng vuraraq bildiriş edə bilərsiniz. (şənbə və bazar günlərindən başqa)
Əlavə təsir haqqında bildiriş edərkən hansı məlumatlar lazımdır?
  • Əlavə təsiri yaşayan şəxsə aid məlumatlar (məs. yaş, cinsiyyət)
  • Əlavə təsirin şərh edilməsi
  • Əlavə təsirin yaranmasında şübhə etdiyiniz dərman vasitəsinin adı, dozası və hansı xəstəliyin müalicəsi üçün istifadə edildiyi
  • Dərman vasitəsinin istifadəsindən nə qədər vaxt sonra əlavə təsirin yarandığı
  • Əgər varsa istifadə edilən digər  dərman vasitələrinin adları
  • Əlavə təsiri yaşayan şəxsin mövcud olan xəstəlikləri və digər sağlamlıq problemləri
  • Əlavə təsiri bildirən şəxsə aid məlumatlar