Ümumi məlumatlar


Dərman vasitələrinin təhlükəsiz istifadəsinin təmin edilməsi məqsədilə əlavə təsirlərin və fayda/risk nisbətlərinin sistemli bir şəkildə izlənməsi, bu məqsədlə məlumat toplaması, qeydiyyata alınması, qiymətləndirilməsi, arxivləşdirilməsi, tərəflər arasında əlaqələrin qurulması və dərmanların səbəb ola biləcəyi zərərlərin minimallaşdırılması üçün zəruri tədbirlərin görülməsi Analitik Ekspertiza Mərkəzinin Farmakonəzarət  sektorunun fəaliyyətlərinin əsasını təşkil edir. Bu məqsədlə aparılan fəaliyyətlər aşağıdakılardır:
  • Əlavə təsirlərin izlənməsi, qeydiyyata alınması, qiymətləndirilməsi, arxivləşdirilməsi, Ümumdünya Səhiyyə Təşkilatının Uppsala Dərman vasitələrinin İzlənməsi Mərkəzinə məlumatların ötürülməsi;
  • Dünya səhiyyə mərkəzlərinin rəsmi internet səhifələrinin araşdırılaraq dərman təhlükəsizliyi ilə əlaqəli xəbərdarlıqların izlənməsi, qeydiyyat sahibləri tərəfindən verilən təhlükəsizlik ilə əlaqəli müraciətlərin araşdırılması, bu məlumatlar əsasında fayda/risk qiymətləndirilməsi və ölkəmizdə qeydiyyata alınmış və qeydiyyat prosesində olan dərman vasitələri üçün lazımi tədbirlərin tətbiqi ilə riskin ən minimala endirilməsi fəaliyyətlərinin görülməsi;
  • Risk idarə planlarının (RİP) və Dövri Təhlükəsizlik Hesabatlarının araşdırılması və lazımi tədbirlərinin görülməsi; 
  • Xüsusi nəzarətdə olan dərman vasitələrinin siyahısının hazırlanması;
  • Səhiyyə işçilərinə məlumatların çatdırılması;
  • Farmakonəzarət sisteminin qurulması;
  • Farmakonəzarət sisteminin ən yaxşı şəkildə tətbiqi üçün səhiyyə işçilərinin spontan məlumat göndərmələrinin təşviqi üçün lazımi tədbirlərin görülməsi;
  • Farmakonəzarət üzrə təlim və treninqlərin təşkili.