Qeydiyyat Şöbəsi


Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin Dövlət Qeydiyyatı Şöbəsi struktur vahidi kimi fəaliyyət göstərir Öhdəçiliyinə götürdüyü vəzifələrə müvafiq olaraq aşağıdakı funksiyaları yerinə yetirir:
 
  1. Dərman preparatlarının dövlət qeydiyyatını həyata keçirir;
  2. Dərman preparatlarının dövlət qeydiyyatının təsdiqlənməsi (uzadılması);
  3. Dərman preparatlarının dövlət qeydiyyatının geri çağrılması (ləğv edilməsi);
  4. Qeydiyyatdan keçmiş dərman preparatlarının qeydiyyat dosyesinə və sənədlərinə dəyişikliklərin əlavə edilməsi;
  5. Azərbaycan Respublikası ərazisində dövlət qeydiyyatından keçmiş dərman preparatlarının dövlət reyestrinin aparılması;
  6. Dərman preparatlarının dövriyyəsinə dair normativ sənədlərin hazırlanması;
  7. Dövlət qeydiyyatı üçün daxil olmuş məhsulların dərman preparatlarına aidiyyətinin aydınlaşdırılması(BAƏ);
  8. Farmakonəzarət üzrə tədbirlərin həyata keçirilməsi (dərman preparatlarının istifadəsi zamanı aşkar olmuş arzuedilməz və yan təsirlər haqqında məlumatların toplanaraq araşdırılması);
​​​​​​​