Özəl tibb müəssisələri


Özəl tibb fəaliyyəti ilə məşğul olmaq istəyən sahibkarlar onların respublikamızda qüvvədə olan qanunvericiliyə cavab verən müvafiq normativ aktlara riayət edən müəssisələrin quruluşunu layihələndirməkdə çətinlik çəkirlər. Bunun nəticəsi olaraq sahibkarlar lisenziya almaq üçün müəssisələrində yenidən təmir-söküntü işlərinin aparılmasına məcbur olurlar. Sahibkarların bu çətinliklərinin, vaxtlarını, vəsaitlərini qənayət etmək və onların tibb müəssisələrinin quruluşunu standartlara cavab verməsini təmin etmək məqsədi ilə Azəbraycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzində 2015-ci ildə Layihə Sektoru fəaliyyətə başlayıb.