“Neurovin” (kapsullar,№30)


   “Neurovin” (kapsullar,№30) Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Farmakoloji və Farmakopeya Ekspert Şurası tərəfindən 24.01.14-cü il tarixində təsdiq olunmuş “Təbii mənşəli preparatların dərman vasitələrinə aid olmasını müəyyənləşdirmək məqsədilə ekspertizasının aparılmasına dair metodiki tövsiyələr”-in tələblərinə əsasən aparılmış ekspertiza nəticəsində müəyyən olunmuşdur ki, “Neurovin” geniş təsirə malik olan bir çox MSS-nin müxtəlif mənşəli problemləri zamanı istifadəsi təklif olunan çoxkomponentli preparat öz tərkib və istifadə göstərişinə əsasən dərman vasitəsidir. Belə ki, onun tərkibində istehsalçı tərəfindən təqdim olunan sənədlərə əsasən bioloji fəallığa malik olan qida əlavələrin tərkibində istifadəsi qadağa olunan Vinca minor bitkisinin ekstraktı, B siyahısı ilə saxlanılan, güclü təsirə malik olan nootrop təsirli dərman maddəsi vinprosetin daxildir. Ərizəçi məhsulun tərkibində göstərilən maddənin çıxardılması haqqında istehsalçı tərəfindən heç bir təsdiqlənmiş rəsmi sənəd təqdim etmədiyi üçün mənfi rəy almış BFMQƏ-lər siyahısında yer almışdır. 
   Yuxarıda qeyd olunan problemləri aradan qaldıraraq, ərizəçı şirkət yenidən müraciət etmiş və müəyyən olunmuşdur ki, ekspertizaya yenidən təqdim olunan BFMQƏ nümunələrinin tərkibində olan təsiredici maddələrin gündəlik dozası gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır, eləcə də istehsalçı tərəfindən məhsulun tərkibinin dəyişilməsi barədə əsaslandırılmış məlumat təqdim edildiyi üçün müsbət rəy almışdır.